...

“Turan Tovuz”dan minimal qələbə qazandı - Misli Premyer Liqası

İdman Materials 9 Fevral 2026 21:22 (UTC +04:00)
“Turan Tovuz”dan minimal qələbə qazandı - Misli Premyer Liqası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Trend xəbər verir ki, “Turan Tovuz” “Azersun Arena”da “Karvan-Yevlax”ı qəbul edib.

Qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda vurulan yeganə qola 15-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Alexandro Serrano imza atıb.

Bu nəticədən sonra ehtiyatda bir oyunu olan “Turan Tovuz” 33 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Karvan-Yevlax” isə 6 xalla 12-ci sırada yer alır.

Günün ilk qarşılaşmasında “İmişli” Qubada “Kəpəz”lə üz-üzə gəlib. Görüşdə hesab açılmayıb və matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, XIX turun ilk oyun günündə “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı 4:1, “Zirə” isə səfərdə “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib. Tur fevralın 10-da keçiriləcək iki oyunla yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti