Bakı. Trend:
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu “Ən-Nəsr” klubunun məşqlərinə qayıdıb və Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda “Əl-Fateh”ə qarşı oyunda iştirak edəcək.
Trend xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Məlumata görə, futbolçuya və klubun digər əməkdaşlarına olan maaş borcları ödənilib.
Xatırladaq ki, Ronaldu boykot səbəbindən ardıcıl iki oyunda meydana çıxmamışdı. O, Səudiyyə Ərəbistanı Suveren Fondunun fəaliyyətindən narazı idi və hesab edirdi ki, fond rəqib “Əl-Hilal”a üstünlük verərək “Ən-Nəsr”ə kifayət qədər vəsait ayırmır.
