Bakı. Trend:
“Zirə” klubu heyətinə yeni futbolçu qatıb.
Trend xəbər verir ki, komanda Türkiyəli hücumçu Eren Aydını transfer edib. Futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Qalatasaray” yetirməsi olan 22 yaşlı oyunçu daha əvvəl Türkiyənin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.
