...

“Liverpul” Carell Kuansanı geri qaytarmaq niyyətindədir

İdman Materials 10 Fevral 2026 07:51 (UTC +04:00)
“Liverpul” Carell Kuansanı geri qaytarmaq niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Liverpul” klubu mövsümün əvvəlində Almaniyanın “Bayer” klubuna satdığı Carell Kuansanı yenidən heyətinə qatmaq istəyir.

Trend xəbər verir ki, klublar arasında əldə olunan razılaşmaya əsasən, İngiltərə çempionu 2027-ci ilin yayında 23 yaşlı mərkəz müdafiəçisini geri almaq hüququna malikdir.

Bildirilir ki, “Liverpul”un bu hüquqdan istifadə edəcəyi gözlənilir.

Qeyd edək ki, Carell Kuansa cari mövsümdə “Bayer”in heyətində keçirdiyi 28 oyunda 2 qola imza atıb.

Xəbər lenti

Xəbər lenti