...

UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün püşkü atıldı

İdman Materials 13 Fevral 2026 00:11 (UTC +04:00)
UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün püşkü atıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 12-də Belçikanın paytaxtı Brüsseldə UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsinin rəsmi püşkatma mərasimi keçirilib.

Trend xəbər verir ki, turnirin ilk oyunları 2026-cı ilin sentyabr ayında başlayacaq.

Final mərhələsinin oyunlarının isə 2027-ci il iyunun 9–13 tarixlərində keçirilməsi planlaşdırılır.

Qrup mərhələsinin qruplarını təqdim edirik:

A liqası

1-ci qrup: Fransa, İtaliya, Belçika, Türkiyə.

2-ci qrup: Almaniya, Niderland, Serbiya, Yunanıstan.

3-cü qrup: İspaniya, Xorvatiya, İngiltərə, Çexiya.

4-cü qrup: Portuqaliya, Danimarka, Norveç, Uels.

B liqası

1-ci qrup: Şotlandiya, İsveçrə, Sloveniya, Şimali Makedoniya.

2-ci qrup: Macarıstan, Ukrayna, Gürcüstan, Şimali İrlandiya.

3-cü qrup: İsrail, Avstriya, İrlandiya, İsveç.

4-cü qrup: Polşa, Bosniya və Herseqovina, Rumıniya, Kosovo.

C liqası

1-ci qrup: Albaniya, Finlandiya, Belarus, San-Marino.

2-ci qrup: Monteneqro, Ermənistan, Kipr, Latviya/Cəbəllütariq.

3-cü qrup: Qazaxıstan, Slovakiya, Farer adaları, Moldova.

4-cü qrup: İslandiya, Bolqarıstan, Estoniya, Lüksemburq/Malta.

D liqası

1-ci qrup: Cəbəllütariq/Latviya, Malta/Lüksemburq, Andorra.

2-ci qrup: Litva, Azərbaycan, Lixtenşteyn.

Xəbər lenti

Xəbər lenti