Bakı. Trend:
İspaniya Kubokunun yarımfinal mərhələsində “Atletiko Madrid” və “Barselona” komandaları arasında ilk oyun keçirilib.
Trend xəbər verir ki, Madrid təmsilçisi qarşılaşmada böyükhesablı qələbə qazanıb. “Atletiko Madrid” katalonların qapısından dörd cavabsız top keçirərək 4:0 hesabı ilə üstün olub.
Oyunun 86-cı dəqiqəsində “Barselona”nın futbolçusu Erik Qarsiya qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü martın 3-də keçiriləcək. Bu cütün qalibi yarımfinalın digər cütü olan “Atletik Bilbao” – “Real Sosyedad” (ilk oyun 0:1) qarşılaşmasının qalibi ilə finalda üz-üzə gələcək.
