Bakı. Trend:
UEFA ötən ilin maliyyə yekunlarını açıqlayaraq kişi klub turnirlərindən rekord gəlir əldə olunduğunu bəyan edib.
Trend UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bütün turnirlərdən əldə edilən ümumi gəlir 5 milyard avronu ötüb. Bu göstərici əvvəlki mövsümlə müqayisədə 737 milyon avro çoxdur.
Məlumatda qeyd olunur ki, kişi klub yarışlarından əldə edilən ümumi gəlir 2023/2024-cü illər mövsümü ilə müqayisədə 690 milyon avro artaraq 4,4 milyard avroya çatıb. Artım təkrar investisiyaların genişlənməsinə səbəb olub. Belə ki, klublara edilən maliyyə ödənişləri 3,4 milyard avroya yüksəlib ki, bu da əvvəlki mövsümdən 400 milyon avro çoxdur.
