...

Kalidu Kulibali “Əl-Hilal”la müqaviləsini 2027-ci ilə qədər uzatdı

İdman Materials 13 Fevral 2026 06:42 (UTC +04:00)
Kalidu Kulibali “Əl-Hilal”la müqaviləsini 2027-ci ilə qədər uzatdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Seneqallı müdafiəçi Kalidu Kulibali Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında bildirilib ki, Kulibali komandada çıxışı ilə fərqlənərək komanda yoldaşları ilə birlikdə “Əl-Hilal”ın beş titul qazanmasına töhfə verib. Bu titullara Kral Kuboku, Səudiyyə Ərəbistanı Liqası, iki Səudiyyə Ərəbistanı Superkuboku və Ər-Riyad Kuboku daxildir.

Qeyd olunur ki, Kulibali həmçinin “Əl-Hilal”ın 2025-ci il FIFA Klublararası Dünya Kubokunda turnirin dörddəbir finalına yüksəlməsində əsas rol oynayıb.

Seneqallı müdafiəçi 2023-cü ildə “Əl-Hilal”a transfer olunub və indiyədək bütün turnirlərdə komandanın heyətində 11 oyunda meydana çıxıb. O, daha əvvəl “Çelsi” və “Napoli” klublarında çıxış edib.

Xəbər lenti

Xəbər lenti