...

"PAŞA Həyat" yol-nəqliyyat hadisəsində həlak olmuş işçiyə 67 min manat ödəniş verib

İqtisadiyyat Materials 29 Avqust 2016 10:55 (UTC +04:00)
“PAŞA Həyat” sığorta “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə növbəti sığorta ödənişinin həcmini açıqlayıb.
"PAŞA Həyat" yol-nəqliyyat hadisəsində həlak olmuş işçiyə 67 min manat ödəniş verib

Trend-i buradan izləyin

Bakı. Trend:

“PAŞA Həyat” sığorta “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə növbəti sığorta ödənişinin həcmini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, dövlət strukturlarının birində çalışan sığortalı işçi yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edb.

Sığorta olunan şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, vəfat etmiş şəxsin ailəsinə - faydalanan şəxsin müvafiq bank hesabına 67 089 manat həcmində sığorta ödənişi həyata keçirilib.

Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək “PAŞA Həyat” tərəfindən “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə 1 508 649 manat həcmində sığorta ödənişi verilib.
“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Azərbaycanın ümumi sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat”ın cari ilin avqust ayının 1-nə aktivlərinin həcmi 157 mln. manata yaxın, nizamnamə kapitalının həcmi isə 40,250 milyon manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti