...

Azərbaycan İpoteka Fondunun səhmləri qeydiyyata alınıb

İqtisadiyyat Materials 28 Sentyabr 2016 11:11 (UTC +04:00)
Sentyabrın 22-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Mərkəzi Bankın nəzdində fəaliyyət göstərmiş Azərbaycan İpoteka Fondunun yenidən təşkil yolu ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin (Fond) yaradılması ilə əlaqədar olaraq, Fondun hər birinin nominal dəyəri 1 manat olan 307 238 671 ədəd adi səhmlərinin buraxılışı AZ1001008684 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Azərbaycan İpoteka Fondunun səhmləri qeydiyyata alınıb

Bakı. Trend:

Sentyabrın 22-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Mərkəzi Bankın nəzdində fəaliyyət göstərmiş Azərbaycan İpoteka Fondunun yenidən təşkil yolu ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin (Fond) yaradılması ilə əlaqədar olaraq, Fondun hər birinin nominal dəyəri 1 manat olan 307 238 671 ədəd adi səhmlərinin buraxılışı AZ1001008684 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Bu barədə Trend-ə Palatadan məlumat verilib.

Səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulub. Xatırladaq ki, MBNP ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti