Bakı. Trend:
Yevlax rayonunun Xaldan qəsəbəsində bu gün “Kütləvi çıxarış” kampaniyası keçirilib.
Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Kampaniya zamanı 120-yə yaxın vətəndaşa xidmət göstərilib. Qəsəbənin 70-ə yaxın sakininə onların mülkiyyyətinə dair hazır çıxarışlar təqdim olunub. Bu çıxarışlar pay torpaqları, həyətyanı torpaq sahələri, vaxtilə kolxoz və sovxozlar tərəfindən ayrılmış torpaqlar, fərdi həyət evi və digər daşınmaz əmlaklara aid olub. 50-yə yaxın qəsəbə sakinindən isə onların əmlakı ilə bağlı ilkin mülkiyyət sənədləri qəbul edilib. Bir neçə vətəndaşa elə evindəcə xidmət göstərilib. Belə ki, komitənin mobil ofisləri vasitəsilə mütəxəssislər bir neçə fiziki məhdudiyyətli vətəndaşın evinə gedərək çıxarışları elə onların evində təqdim edib. Torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, müvafiq yerquruluşu, inventarlaşdırma və kadastr işlərinin aparılması xidmətləri də göstərilib.