...

Bakıda “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu keçiriləcək

İqtisadiyyat Materials 17 Oktyabr 2016 12:50 (UTC +04:00)
Sabah Bakıda Azərbaycan hökuməti və BMT Avropa İqtisadi Komissiyası (AİK) Dövlət Agentliyinin təşkilatçılığı ilə BMT-nin 70 üzv dövlətindən 400-dən artıq hökumət rəsmiləri, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar, alimlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu keçiriləcək.
Bakıda “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu keçiriləcək

Bakı. Trend:

Sabah Bakıda Azərbaycan hökuməti və BMT Avropa İqtisadi Komissiyası (AİK) Dövlət Agentliyinin təşkilatçılığı ilə BMT-nin 70 üzv dövlətindən 400-dən artıq hökumət rəsmiləri, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar, alimlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu keçiriləcək.

Bu barədə Trend-ə Agentliyin mətbuat katibliyindən məlumat verilib.

Forum çərçivəsində oktyabr 20-də “Bərpa Olunan Energetikanın inkişafı” beynəlxalq konfransı keçiriləcək. 18-21 oktyabr tarixlərində ilk dəfə Cenevrədən kənarda Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər qrupunun növbəti sessiyası baş tutacaq.

Tədbirlər çərçivəsində davamlı inkişaf hədəflərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, “Paris İqlim sazişi”ndən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planınından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti