...

Nazir Niderlandın iş adamlarını Azərbaycanda kənd təsərrüfatına investisiya qoymağa çağırıb (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2016 16:08 (UTC +04:00)
Kənd Təsərrüfatı naziri Heydər Əsədov oktyabr ayının 25-dən 29-dək Niderlandda səfərdə olub.
Nazir Niderlandın iş adamlarını Azərbaycanda kənd təsərrüfatına investisiya qoymağa çağırıb (FOTO)

Bakı. Trend:

Kənd Təsərrüfatı naziri Heydər Əsədov oktyabr ayının 25-dən 29-dək Niderlandda səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin yeni mərhələlərinin müəyyənləşdirilməsi, aqrar sahədə qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün kənd təsərrüfatının müxtəlif sahələri üzrə ikitərəfli müqavilələr üzrə müzakirələrin, kənd təsərrüfatı məhsullarının istehsalı və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsinin aparılması olub.

Bununla yanaşı səfər çərçivəsində iki ölkə arasında aqrar sahədə davamlı və dayanıqlı inkişafı təmin etmək məqsədi ilə xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması, həmçinin ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

Səfər çərçivəsində oktyabrın 27-də H.Əsədov Niderlandın istixanaların ilkin dizaynından tutmuş, tam fəaliyyətini təmin edən xidmətləri yerinə yetirən, hazırda Azərbaycanla sıx əməkdaşlıqda olan “Certhon” şirkəti, Qərbi Avropada meyvə və tərəvəz qablaşdırılması və bölgüsü üzrə ixtisaslaşmış ən böyük şirkətlərdən olan “Greenpack” şirkəti, bağçılıq sahəsində ixtisaslaşmış “Lans Westland”, tərəvəz toxumçuluğu bazarında ən böyük 5 şirkətdən biri olan “Rijk Zwaan” şirkətlərinin rəhbərləri ilə görüşüb və onların iş təcrübələri ilə tanış olub.

Oktyabrın 28-də isə H.Əsədov heyvan əti istehsalı üzrə dünyada 1-ci, süd istehsalına görə dünyada lider şirkətlərdən olan və Avropa ölkələrinin dana ətinə olan ümumi tələbatının 28%-ni ödəyən “VanDrie Group” şirkəti, broyler toyuq, hindtoyuğu, ördək, qaz istehsalı ilə məşğul olan və dünyada quşçuluq üzrə lider şirkətlərdən sayılan “Marel Poultry” şirkəti, ZON Meyvə & Tərəvəzçilik marketinq və satış, logistika, qablaşdırma üzrə ixtisaslaşmış, meyvə və tərəvəz üzrə beynəlxalq satış fəaliyyəti həyata keçirən, Avropada ən mühüm bağçılıq kooperativlərindən biri sayılan “Royal Zon“ dərnəyinin rəhbərləri ilə görüşüb.

Şirkət rəhbərləri ilə görüşdə H.Əsədov Azərbaycanın kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğunu, ölkəmizin iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişliliyini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb. Nazir Niderlandın iş adamları üçün Azərbaycanda ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirib.

Görüşlərdə prioritet sahələr üzrə tərəflər arasında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti