...

Ölkə üzrə qaz abonentlərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 14 Noyabr 2016 12:31 (UTC +04:00)
Oktyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali üzrə 11 806 yeni abonent qeydiyyata alınıb.
Ölkə üzrə qaz abonentlərinin sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Oktyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali üzrə 11 806 yeni abonent qeydiyyata alınıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bunun 3 447-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8 359-u isə regionların payına düşüb. Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1,967,128-ə çatıb. Oktyabrda əhali sektoru üzrə 199 922 765 kubmetr həcmində təbii qaz satılıb, ödəniş səviyyəsi 107,83 faiz olub.

Noyabrın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 132 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti