...

"Uber" Bakıda yeni aksiya keçirir

İqtisadiyyat Materials 29 Noyabr 2016 14:13 (UTC +04:00)
“Uber” beynəlxalq texnologiya şirkəti havaların soyuq keçməsi ilə əlaqədar olaraq, noyabrın 30-da Bakıda yeni aksiya keçirəcək.
"Uber" Bakıda yeni aksiya keçirir

Bakı. Trend:

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti havaların soyuq keçməsi ilə əlaqədar olaraq, noyabrın 30-da Bakıda yeni aksiya keçirəcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, yüksək texnologiyalarından istifadə edərək “Uber” şəhərdə daha sağlam mühit yaratmaq niyyətindədir. Tədqiqatlar onu göstərir ki, güclü immuniteta malik olan insanlar qrip virusunun yayılma riskini 50-60% aşağı salır. Bunları nəzərə alaraq “Uber” şirkəti şəhər üzrə tam pulsuz olaraq çəmən balının çatdırılmasını təşkil etməyi qərara alıb.

#UberBal-ı necə sifariş etmək olar:

- noyabrın 30-da saat 12:00-dan 15:00-dək “Uber” mobil tətbiqinə daxil olmaq (uber.com/app);
- ekranın aşağısındakı slayderi çəkərək “UberBal” opsiyasını seçmək və yerləşdiyiniz məkanı göstərib bal sifariş etmək;
- bir neçə saat ərzində “Uber” kiçik hədiyyəni çatdıracaq.

Bundan başqa, bütün yeni “Uber” istifadəçilər bal ilə yanaşı 50%-lik güzəştlə 2 gediş əldə edəcəklər.

Bunun üçün lazımdır:

- “AppStore”, “Google Play” və ya “Windows Phone”dan mobil telefona “Uber” proqramını yükləmək;
- qeydiyyatdan keçmək və bu zaman “Uber-Bal” promo-kodunu daxil etmək;
- yerləşdiyiniz ünvana Pulsuz Bal sifariş etmək.

Qeyd edək ki, “Uber” şirkəti Bakıda 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir. Tariflər haqqında ətraflı məlumat: https://www.uber.com/cities/baku/.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti