...

"Qala Həyat" sığorta şirkəti kapitalını artırır

İqtisadiyyat Materials 15 Dekabr 2016 10:40 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 12-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Qala Həyat” Sığorta Şirkəti ASC-nin hər birinin nominal dəyəri 2860 (iki min səkkiz yüz altmış) manat olan 1000 (min) ədəd adi səhmlərin əlavə buraxılışı AZ1006008226 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti