...

Paytaxtın bu hissəsində qaz təchizatında məhdudiyyət olacaq

İqtisadiyyat Materials 17 Yanvar 2017 09:02 (UTC +04:00)
Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Paytaxtın bu hissəsində qaz təchizatında məhdudiyyət olacaq

Bakı. Trend:

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” (Xaşa-xuna) və “Zeytun” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti