...

Azərbaycanın ixrac missiyası Əfqanıstandadır (FOTO)

İqtisadiyyat Materials 6 Fevral 2017 18:04 (UTC +04:00)
Azərbaycanın ixrac missiyası Əfqanıstanın Kabul şəhərindədir.
Azərbaycanın ixrac missiyası Əfqanıstandadır  (FOTO)

Bakı. Trend:

Azərbaycanın ixrac missiyası Əfqanıstanın Kabul şəhərindədir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Missiyaya ölkəmizdə meyvə şirələri, ət və ət məhsulları, təbii mineral sular, un və un məmulatları, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 9 şirkətin nümayəndəsi daxildir.

Səfərin ilk günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və əfqan şirkətləri arasında görüş keçirilib. Tədbirdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev iştirakçılara Azərbaycan iqtisadiyyatı, qeyri-neft sektorunun inkişafı, ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, rəqabətqabiliyyətli Azərbaycan məhsulları barədə məlumat verib. Görüş çərçivəsində AZPROMO ilə Əfqanıstan Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sonra Azərbaycan və Əfqanıstan şirkətləri arasında ikitərəfli görüşlər keçirilib. 60-dan çox əfqan şirkətinin iştirak etdiyi ikitərəfli görüşlərdə Azərbaycan və Əfqanıstan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Əfqanıstana ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriblər.

Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasının Əfqanıstana səfəri fevralın 8-dək davam edəcək. 9-11 fevral tarixlərində isə Azərbaycanın ixrac missiyası Pakistana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti