Bakı. Trend:
30 mart 2017-ci il tarixində Bank VTB-nin (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.