Bakı. Trend:
Azər Türk Bank və onlayn ödəmə xidməti provayderi GoldenPay arasında müqavilə imzalanıb.
Bankdan Trend-ə verilən məlumata görə, müqaviləyə görə plastik kart sahibləri Azər Türk Banka olan kredit kartı və cari kredit borclarını Hesab.az portalına daxil olmaqla, onlayn şəkildə anında ödəyə biləcəklər.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.