...

AİF-in 15 mln. manatlıq istiqrazları dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Materials 12 Aprel 2017 11:47 (UTC +04:00)
“Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 15 000 ədəd faizli ipoteka istiqrazlarının buraxılışı AZ2014008687 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınıb.
AİF-in 15 mln. manatlıq istiqrazları dövlət qeydiyyatına alınıb

Bakı. Trend:

Aprelin 10-da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” (AİF) ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 15 000 ədəd faizli ipoteka istiqrazlarının buraxılışı AZ2014008687 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti