“Atabank”la birləşmədən sonra “Caspian Development Bank” əmanətçiləri üçün problem olacaq? (FOTO)

“Atabank”la birləşmədən sonra “Caspian Development Bank” əmanətçiləri üçün problem olacaq? (FOTO)

Bakı. Trend:

“Caspian Development Bank”ın əmanətçilərinin bu bankın “Atabank”a qoşulmasından sonra hər hansı problemləri olmayacaq.

Trend-in məlumatına görə, bunu “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov bu gün keçirilən mətbuat konfransında deyib.

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin üzvü İmran Məmmədov isə bildirib ki, “Atabank” və “Caspian Development Bank”ın birləşməsi daha güclü və dayanıqlı bankın yaradılmasına imkan verəcək.

Tədbirdə Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri, “Synergy Group”, “Atabank” və "Caspian Development (CDB) Bankın rəhbərliyi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov təmsil etdiyi holdinqin ölkənin ən iri özəl investisiya holdinqlərindən biri olduğunu, ölkə iqtisadiyyatının müxtəlif sahələrində milyonlarla manat həcmində investisiyalar yatırdığını qeyd edib. Konsolidasiya prosesinə qoşulmuş hər iki bankın “Synergy Group” ailəsinin üzvü olduğunu qeyd edən icraçı direktor, bir müddət öncə səhmdarların qərarına əsasən, “Atabank”ın mövcud nizamnamə kapitalının daha 20 milyon manat artırılaraq 70 mln. manata çatdırıldığını qeyd edib. Bununla yanaşı, bankların kapital mövqeyinin möhkəmlənməsi, maliyyə vasitəçiliyinin effektivliyinin və dərinliyinin artırılması və yüksək likvidliyə malik yeni bankın yaradılması zərurətini nəzərə alaraq, “Caspian Development Bank”ın “Atabank”a qoşulması barədə qərar qəbul edildiyi diqqətə çatdırılıb.

İ.Süleymanov korporativ idarəetmə sisteminin ən yüksək standartları çərçivəsində yenidən təşkil edilmiş “Atabank”ın yeni keyfiyyət səviyyəsi nümayiş etdirəcəyini, maliyyə dayanıqlığı göstəricilərinin qanunvericiliyin müəyyən etdiyi kriteriyalara ən yüksək şəkildə cavab verəcəyini bildirib. Xüsusilə vurğulanıb ki, bank əmanətçilər və investorların maraqlarının qorunmasına yönəlmiş strategiya çərçivəsində öz kəmiyyət və keyfiyyət tələblərini yüksək səviyyədə davam etdirəcək, idarəetmə potensialı gücləndiriləcək, bankın sağlam və effektiv fəaliyyəti təmin ediləcək. Qoşulmadan sonra “CDB Bank”ın hüquqi varisi olduğuna görə, bütün hüquq və vəzifələr “Atabank”a keçəcək və bu səbəbdən əmanətçilərlə bağlı hər hansı sual olmayacaq.

Səhmdarların digər qərarına əsasən, bank xidmətlərinin səviyyəsinin artırılması və müştərilərə daha rahat və keyfiyyətli xidmətin təqdim edilməsi məqsədilə yaxın zamanlarda böyüyən bankın sərəncamına Xətai rayonunda yeni müstəqil inzibati bina veriləcəyi də media nümayəndələrinin diqqətinə çatdırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin üzvü İmran Məmmədov bankların yenidən təşkili ilə bağlı ideyanın bu ilin əvvəlindən mövcud olduğunu və bu barədə Palataya müraciət edildiyini bildirib. Sön 2-3 ay ərzində bu prosesin bankların maliyyə dayanıqlığına potensial təsiri və nəticələri, bütövlükdə bank sektoruna olan effekti təhlil edilirdi. Bu prosesin hər iki bank üçün sinerji effekti verəcəyi və uğurlu nəticələr yaradacağını qeyd edən İ.Məmmədov daha güclü və dayanıqlı bir bank formalaşacağını vurğulayıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının bank nəzarəti orqanı olaraq bu prosesdə yaxından iştirak edəcəyi və müştərilərin məmnunluğunun qorunmasının əsas prioritetlərdən olacağı bildirilib.

"Atabank" İdarə heyətinin sədri Dəyanət Quliyev bankların konsalidisiyasının səhmdarların birgə qərarı olduğunu, bu prosesinin sonunda bank sektorunda daha böyük, keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və iddialı bir bankın ərsəyə gələcəyini qeyd edib. Onun sözlərinə görə, hər iki bank müsbət bank və maliyyə göstəricilərinə malik, iqtisadiyyatın müxtəlif sahələrinin kreditləşdirilməsində ixtisaslaşmış və milli bank tariximiz üçün heç də az olmayan təcrübəyə malik banklardır. Bununla belə, səhmdarların qərarına əsasən, qoşulma prosesi məhz 25 illik bir tarixə malik “Atabank” üzərindən aparılacaq. D.Quliyev bildirib ki, bankların resurslarının birləşdirilməsi nəticəsində kifayət həcmdə maliyyə ehtiyatları formalaşacaq və bankın kapital mövqeyi möhkəmlənəcək. Kapital bazasının gücləndirilməsi, etimadın artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi hesabına müştəri bazası genişlənəcək. Konsolidasiya prosesinə qoşulmuş bankların ölkə iqtisadiyyatının aparıcı sahələrində böyük sərmayələr yatırmış korporativ müştərilərə malik olduğunu qeyd edən D.Quliyev bankın strateji hədəfinin geniş müştəri kateqoriyasına fokuslandığını vurğulayıb.

Bildirilib ki, bank yeni inkişaf strategiyası əsasında işləyəcək. “Atabank” infrastrukturunu gücləndirməyi, bank xidmətlərinin çeşidinin genişləndirilməsini və dəyərinin ucuzlaşmasına nail olunmağı hədəfləyir. Bununla yanaşı, bankın idarəetmə sisteminin təşkili əhəmiyyətıli şəkildə yaxşılaşdırılacaq, daha effektiv, daha çevik, “bir addım öndə” prinsipinə əsaslanan administrativ inzibatçılıq tətbiq ediləcəkdir.

D.Quliyev həmçinin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PwC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edildiyini qeyd edib. Beynəlxalq təcrübəyə əsaslanaraq, nüfuzlu konsaltinq şirkətinin konsalidasiya prosesinə cəlb edilməsi prosesin qısa zaman kəsiyində, beynəlxalq standartlara uyğun şəkildə başa çatmasına imkan verəcəkdir. Hazırda bankların birləşdirilməsi prosesinin mövcud bank qanunvericiliyinin müddəalarına əsasən hüquqi prosedurlarının, informasiya texnologiyaları, maliyyə hesabları sahəsində inteqrasiyasının həyata keçirilməsinə başlanıb.

"Caspian Development Bank”ın Müşahidə Şurasının sədri Fərəh Məmmədova CDB bankın heç də asan olmayan bir dövrdə yarandığını, lakin buna baxmayaraq, dinamik inkişaf sərgilədiyini, aktivlərin artdığını və müştəri bazasının genişləndiyini qeyd edib.

Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən strateji yol xəritələrinin hazırlanması və həyata keçirilməyə başlanması bank sektorunda son iki ildə baş verən tənəzzül prosesinin aradan qaldırılması, maliyyə sektorunun sağlamlaşdırılması, müştəri və investorların banklara sarsılmış inamının bərpa olunmasına imkan verib. F.Məmmədova vurğulayıb ki, CDB bankın “Atabank”a konsolidasiyasında məqsəd məhz bu siyasətə dəstək olmaq, daha güclü, dayanıqlı bank formalaşdırmaq, mövcud bazar paylarını artırmaq, ölkə iqtisadiyyatına, bank sektoruna daha səmərəli töhvə verməkdir.

CDB bankın daim əsas hədəfi müasir bankçılıq prinsipləri və qabaqcıl texnologiyaları tətbiq etməklə müştəriləri üçün faydalı və lazımi məhsul və xidmətlər yaratmaq, onların maliyyə alətlərinə olan tələblərini qarşılamaq, ölkədə prioritet hesab olunan kiçik və orta sahibkarlığı dəstəkləmək olub. Konsolidasiyadan sonra da bu hədəflərin yenə də prioritet olacağını bildirən F.Məmmədova bu birləşmənin gələcək inkişaf üçün geniş perspektivlər açacağını bildirib.

“PricewaterhouseCoopers” şirkətinin təmsilçisi Mövlan Paşayev bildirib ki, bankların konsalisasiya prosesi kompleks bir prosesdir. Konsalidasiya prosesi zamanı maliyyə, kadr, informasiya texnologiyaları, hüquq və vergi amilləri nəzərə alinmali və idarə olunmalıdır. Aktivlərin qiymətləndirilməsinin aparılmasına məsul olacaq “PwC” şirkəti bu prosesi maksimal tez, müştərilər üçün fasiləsiz, menecment üçün çevik və rahat şəkildə həyata keçirəcəkdir. Bankların menecmenti konsolidasiya prosesinin nümunəvi keçirilməsi, yüksək səmərəli, cəlbedici müştəri xidməti, daha güclü və dayanıqlı bank yaradılmasına nail olmağı hədəfləyib. Bunun üçün şirkətin yerli və regional bank mütəxəssislərindən ibarət olan komanda qurulub, postsovet və Avropa ölkələrində oxşar birləşmələr aparmış böyük təcrübəyə malik kadrlar cəlb edilib. M.Paşayevin sözlərinə görə, artiq konsolidayasiya prosesinin yol xəritəsi hazırlanıb və işçi qruplar onun icrasına başlayıblar. Konsolidasiya prosesinin 2 mərhələdən – birləşmə və inteqrasiyadan ibarət olacağını bildirən M.Paşayev ilkin mərhələdə qiymətləndirmənin aparılacağını, mövcud maliyyə, hüquq, kommersiya vəziyyətinin yoxlanacağını və bunun əsasında inteqrasiya mərhələsində konkret addımların müəyyən ediləcəyini vurğulayıb.

Qeyd edək ki, ”Atabank”ın 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bank 3000-dən çox korporativ və 50000-dən artıq fiziki şəxslərdən ibarət müştərilərə malikdir. Çoxsaylı müasir bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri və s. xidmətlər göstərir, iqtisadiyyatın əksər sahələrində şirkət və təşkilatların kreditləşdirilməsini həyata keçirir.

Bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır. 22 filiala və 4 şöbəyə malik bank bu 25 ildə öz müştəriləri ilə birlikdə hərəkət edib, onlarla birlikdə inkişaf edib və böyüyüb. Bankın müştəri bazasına yalnız Azərbaycanın deyil, ümumilikdə regionun iri şirkətləri daxildir.

“Atabank” bu 25 ildə kifayət qədər ilklərə imza atıb. İlk mobil bankinqin tətbiqi məhz “Atabank”da baş tutub. Bank kartları sahəsində bir çox yeniliklər ölkəmizdə ilk dəfə burada tətbiq olunub. “Atabank” keyfiyyətin idarəetmə sisteminin müasir standartlara uyğunluğunu təmin edən beynəlxalq sertifikatlaşdırma prosesindən keçib. Londonda yerləşən “Global Banking and Finance Review” analitik jurnalı tərəfindən “2013-cü ildə Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatına layiq görülüb.

Bu günə “Atabank”ın xətti ilə iqtisadiyyata yuz milyonlarla manat maliyyə resursları ayrılıb. “AtaBank” ASC-nin aktivləri 500 mln. manata, depozit portfeli 300 mln. manata yaxındır. Bankın hazırki kredit portfelinin həcmi 400 mln manatdan yuxarıdır və bu ölkə bankları arasında 7-ci göstəricidir. Xarici banklar qarşısında öhdəlikləri yoxdur.

Qafqaz Albaniyasına aid ilk orta əsr xristian abidəsində arxeoloji tədqiqatlar davam edir
Qafqaz Albaniyasına aid ilk orta əsr xristian abidəsində arxeoloji tədqiqatlar davam edir
Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq -  İnstitut (FOTO)
Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq - İnstitut (FOTO)
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Loading Bars
Xəbər lenti
Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb
Ermənistanın NATO-ya müraciəti heç bir nəticə verməyəcək - Piter Teys
Qafqaz Albaniyasına aid ilk orta əsr xristian abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının itirilmiş nüfuzunu özünə qaytarır - Komitə sədri
Böyük tarixi dönüş ərəfəsindəyik və bu müstəsna tarixi dönüşü Ali Baş Komandan yaradır - Ekspert
Ermənilər işğalçılıqlarını dünyaya unutdurmağa çalışıblar - Tarixçi
Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır - Türkiyə hökuməti
Ermənistanda 2 500-ə yaxın gündəlik yoluxma qeydə alınıb
Xəzərdə zəlzələ olub
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib - MN
Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını təsdiq etdi - Naqif Həmzəyev
Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir
Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb
Mikayıl Cabbarov İran səfiri ilə Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərini müzakirə edib (FOTO)
Prezidentə yazırlar: Düşmən üzərində qazandığımız qələbələr Sizin cəsarətinizin, uzaqgörənliyinizin və polad iradənizin nəticələridir
Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir - Ramin Quluzadə (FOTO)
Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub - MN
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda planlaşdırılan görüşünə BMT-dən münasibət
DİN əhaliyə müraciət edib
Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir - Peskov
Dünya Ermənistanın terror aktlarına etirazını bildirməlidir - Qafqazşünaslıq İnstitutu
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 min nəfəri ötüb
Fransanın TF1 kanalı cəbhədən reportaj hazırlayıb (FOTO/VİDEO)
Əli Əhmədov rusiyalı deputatın Qarabağa qanunsuz səfərinə görə Dmitri Medvedevə məktub göndərib
Hərbi çağırışçılar COVİD-19 testindən keçirilir
Dünyadakı kəşmirlilər niyə 27 oktyabrı Qara Gün kimi qeyd edirlər? (FOTO)
COVİD-19-la bağlı yaradılan İşçi qrup 39 sahə məntəqəsində monitorinq keçirdi
Fransa qəzeti Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı
Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı - Yaqut Qarayeva
İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlanılıb
“Rabitəbank” 3-cü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib
Ermənilərin növbəti saxtakarlığı: Türk məşhurlar "öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim edilir (FOTO/VİDEO)
Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq - İnstitut (FOTO)
Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir
Oktyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Paytaxt küçələri dezinfeksiya olunacaq - Xəbərdarlıq
Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı
Düşmən fərarilik edərək mövqeləri tərk edir
Vacib ərazi və yüksəkliklər azad edilib - Müdafiə Nazirliyi
"İnstaqram"ın işində nasazlıqlar yaranıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Tramp prezident seçkilərində erkən səs verməyi planlaşdırır
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub
Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO-nun növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan Ordusunda mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir (VİDEO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub (FOTO)
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)
Oktyabrın 23-də manatın dollara qarşı məzənnəsi
ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı (FOTO)
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? FOTOREPORTAJ
Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz - Yəhudi Dini İcmasının sədri
Azərbaycan Əsgərinin sizə müraciəti var (VİDEO)
Moskvada terror aktının qarşısı alınıb
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
29 ictimai iaşə obyektində kobud qayda pozuntuları aşkarlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdilər (FOTO)
İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir - Oljas Suleymenov
Bütün xəbərlər