...

Barama qurdlarının paylanılmasına başlanılıb

İqtisadiyyat Materials 28 Aprel 2017 18:29 (UTC +04:00)
2016-cı ildə 2007-ci ildən bəri ilk dəfə olaraq 70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın kümçü ailəsi bir ay ərzində çəkdikləri zəhmət müqabilində 600 min manata yaxın pul gəlirləri əldə edib.
Barama qurdlarının paylanılmasına başlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

2016-cı ildə 2007-ci ildən bəri ilk dəfə olaraq 70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın kümçü ailəsi bir ay ərzində çəkdikləri zəhmət müqabilində 600 min manata yaxın pul gəlirləri əldə edib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin cari ildə barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çindən ölkəmizdə istehsal olunacaq barama məhsulunun həcmi nəzərə alınmaqla 6000 (altı min) qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilərək Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.

Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunacaq barama qurdlarının bəslənilməsi üçün aran rayonlarının (Ağcabədi, Ağdam, Bərdə, Yevlax, Zərdab, Ağdaş, Göyçay, Ağsu, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Kürdəmir, Ucar, Goranboy, Füzuli, Tərtər) kümçülərinə 29-30 aprel, dağlıq və dağətəyi rayonlarının (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şəmkir, Ağstafa, Tovuz, Qazax, Cəlilabad, Masallı) kümçülərinə isə 01-03 may 2017-cı il tarixlərində bölgü əsasında əvəzi ödənilmədən paylanılacaq.

Qeyd edilən tarixlərdə Qax Damazlıq İpəkçilik Stansiyasından barama qurdlarının kümçülərə paylanılmasını həyata keçirmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon icra hakimiyəti başçılarına məktubla müraciət olunmuş və kənd təsərrüfatı idarələrinə müvafiq göstərişlər verilib.

İpəkqurdlarının paylanılması ilə bağlı məsələlərin həlli və yarana biləcək sualları cavablandırmaq məqsədi ilə əlaqələndirici şəxslər müəyyən edilib.

Əlaqələndirici şəxslər:

İmran Cümşüdov - Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri.

Əlaqə telefonları: (mob.) 070 324 62 18; (iş tel.) 012 498 40 57.

E-mail: [email protected]

Əkrəm Fətəliyev - Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru.

Əlaqə telefonları: (mob.) 070 524 46 81; (iş tel.) 02324 48 3 35.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti