“İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfrans keçirilib

“İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfrans keçirilib

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda açılış nitqi ilə baş nazirin birinci müavini Yaqub Eyyubov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və Azərbaycanda AmCham-ın prezidenti Nuran Kərimov çıxış edərək iqtisadi islahatların əsas istiqamətləri və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.

Qeyd olunub ki, dövlət – özəl sektor dialoqu və əməkdaşlığı davamlı iqtisadi artımın təmin olunmasında özəl sektorun rolunun gücləndirilməsi üçün əlverişli imkanlar yaradır. Xüsusi olaraq qeyd edilib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” Azərbaycanda islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli düşünülmüş və təkcə qısa müddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir.

Konfransda Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov çıxış ediblər. Dövlət qurumlarının rəhbərləri Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar sayəsində ölkədə makroiqtisadi sabitliyin, xüsusilə, manatın sabitliyinin təmin olunması və inflyasiyanın idarəolunan həddə endirilməsini, qeyri-neft sektorunda iqtisadi artım tempinin və ixrac həcminin artmasını vurğulayıblar. Qeyd olunub ki, yaranmış əlverişli biznes mühiti yerli və xarici sahibkarların fəaliyyətlərinin daha da genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına investisiya cəlbi üçün zəmindir. Azərbaycanda vergi, gömrük, fiskal və monetar siyasət üzrə islahatlar sahibkar məmnunluğunu artıraraq şəffaflıq, hesabatlılıq və səmərəlilik üçün daha geniş imkanlar yaradıb.

Konfransda yer alan beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri müzakirə olunan məsələyə öz münasibətlərini bildiriblər. Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhbəri İvane Duarte, FINCA Azərbaycanın ölkə üzrə direktoru Timoti Tarrant, SAP Azərbaycanın İdarəedici direktoru Rüfət Hacıəlibəyov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinç Güzel və “Veysəloğlu” şirkətinin baş direktorunun müavini İlqar Nuri çıxış ediblər. Xüsusi olaraq qeyd olunub ki, aparılan iqtisadi islahatlar özəl sektorun maraqlarına cavab verir. Belə ki, getdikcə biznesin fəaliyyəti üçün tələb olunan prosedurların sayının azaldılması və daha az resursun sərf edilməsi, bir çox hallarda rəqəmsallaşdırma və online xidmətlərin təklif olunması Azərbaycanın investisiya cəlbediciliyini artırır. Beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması prosesində hökumətlə birbaşa dialoqun önəmini vurğulayaraq, ölkə iqtisadiyyatının xarici təsirlərə dayanaqlığının gücləndirilməsi, biznes mühitinin daha da münbit olması, ölkənin birbaşa xarici investisiyalar üçün daha cəlbedici və rəqabət qabiliyyətli olması üçün öz tövsiyələrini təqdim ediblər.

Konfrasın yekununda qeyd edilib ki, bu tip tədbirlərin keçirilməsində əsas məqsəd aparılan iqtisadi islahatlar barədə məlumatlılığın artırılması, habelə özəl sektorun islahat prosesində yaxından iştirakının təmin edilməsi və ümumilikdə, iqtisadi islahatların inklüzivliyinin və səmərəliliyinin daha da yüksəldilməsinə töhfə verməkdən ibarətdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi nizamnamə tələbindən irəli gələrək AmCham və digər partnyor təşkilatlarla birlikdə iqtisadi islahatların nəticələrini cəmiyyətin geniş təbəqələri ilə birlikdə müzakirəsini davam etdirəcək.

Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidəm izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO)
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Bütün xəbərlər