Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 9-da Şəmkir rayonunun bir neçə kəndində “Kütləvi çıxarış” kampaniyası keçirilib.
Komitədən Trend-ə verilən məlumata görə, kampaniyada 50-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub.
Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 40-dan çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib.
Qeryd edək ki, Komitə tərəfindən cari il ərzində 12 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 2-si paytaxtda 10-u isə regionlarda baş tutub. “Kütləvi çıxarış” kampaniyasının 4-ü bilavasitə iş yerlərində təşkil olunub.