Nazir: Azərbaycanda əmək pensiyasının baza hissəsi 4,4 dəfə artıb (FOTO)

Nazir: Azərbaycanda əmək pensiyasının baza hissəsi 4,4 dəfə artıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin təqdimatı olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsimdən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri və ölkəmizdəki səfiri Malena Mard, Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez, Fransa Milli Pensiya Fondunun şöbə müdiri Eliz Debiz, Litvanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, yerli və avropalı ekspertlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan S.Müslümov vurğulayıb ki, sığorta prinsipinə əsaslanan və iqtisadi fəallığı təşviq edən sosial təminat bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsində prioritet istiqamət olaraq, vətəndaşın üzləşə biləcəyi sosial risklərin səmərəli idarə olunması və onların mənfi nəticələrinin minimallaşdırılması prosesində onun özünün də iştirakına şərait yaradır: “Məhz bu prinsipə uyğun şəkildə aparılan islahatlar nəticəsində 2006-cı ildən fəaliyyət göstərən pensiya sistemi gözlənilən uğurlu nəticələrini verib. Ötən 11 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla, 20 sərəncam imzalanıb. Nəticədə, qeyd olunan dövrdə əmək pensiyaları üzrə xərclər 5,9 dəfə, əmək pensiyasının baza hissəsi 4,4 dəfə artıb. Həmçinin, əmək pensiyasının orta aylıq məbləğinin 6,4 dəfə artmasına, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbətinin, yəni əvəzetmə əmsalının 28 faizdən 43 faizə yüksəlməsinə nail olunub. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi üzrə inteqrə olunmuş göstərici 116 faiz təşkil edib”.

Bu gün ölkə əhalisinin 13,4 faizinin, yəni 1 milyon 316 min nəfərin əmək pensiyası ilə təmin edildiyini bildirən nazir vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində növbəti islahatlar aparılıb. Bununla əlaqədar pensiya qanunvericiliyində edilmiş və növbəti ayın 1-dən qüvvəyə minəcək dəyişikliklər ölkəmizdə həmin sistemin daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasına, dünyanın qabaqcıl təcrübəsi əsas götürülərək pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsinə və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluğun yaradılmasına imkan verib.

S.Müslümov pensiya təminatı sistemində islahatların dəstəklənməsi məqsədilə ötən dövrdə Aİ-nin Tvinninq layihələri çərçivəsində görülmüş işlərin önəmini qeyd edib: “Hazırda təqdimat tədbiri keçirilən və 2 illik dövrü əhatə edən növbəti Tvinninq layihəsi də ölkəmizdə pensiya və sosial müdafiə sistemində Avropa ölkələrinin qabaqcıl təcrübələri əsasında gələcək islahatlara dəstəyin göstərilməsinə yönəlib. Bu dəstək fəaliyyətin müasir və səmərəli təşkili üçün vacib olan elektron audit sisteminin yaradılması və həyata keçirilməsi, büdcə tərtibatı prosesinin institutsional və texniki aspektlərinin təkmilləşdirilməsi, məcburi və könüllü sosial sığortalanma sisteminin strateji planlaşdırma mexanizmlərinin inkişaf etdirilməsi sahələrini əhatə edir. Layihənin komponentləri sırasına e-audit sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması da daxildir”.

Nazir qeyd edib ki, layihə çərçivəsində görüləcək işlər Fransanın müvafiq qurumları (Fransa Respublikasının Sosial İşlər və Səhiyyə Nazirliyi və Əmək, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq Nazirliyi) ilə əməkdaşlıq şəraitində aparılacaq: “Bu, Fransadakı tərəfdaşlarla birgə icra olunan artıq üçüncü layihədir. Burada nəzərdə tutulan istiqamətlərin hər biri üzrə işlər Aİ-nin üzv dövlətlərinin müvafiq sistemlərinin öyrənilməsi və təhlili əsasında yerinə yetiriləcək. Yəni bu Tvinninq layihəsi pensiya təminatı sistemində islahatların həyata keçirilməsində Aİ ölkələrində mövcud olan müxtəlif yanaşmaları, iş mexanizmlərini nəzərdən keçirməyə də imkan verəcək ki, bu da çox faydalıdır”.

S.Müslümov layihədəki vacib istiqamətlər üzrə məqsədyönlü işlərin aparılacağına əmin olduğunu bildirib və layihənin işçi heyətinə uğurlar arzulayıb.

M.Mard ötən dövrdə Azərbaycanda sosial müdafiə sahəsi ilə bağlı icra olunmuş Tvinninq layihələrinin müsbət nəticələrinin bu sahədə yeni Tvinninq layihəsinin həyata keçirilməsinə əsas yaratdığını vurğulayıb. O, Fransanın aidiyyəti qurumları ilə əməkdaşlıq müstəvisində artıq üçüncü layihə olan yeni Tvinninq layihəsinin ölkəmizdə pensiya və sosial müdafiə sisteminin Avropa ölkələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlarda fəal dəstək olacağına əminliyini bildirib. A.Buşez ötən dövrdə icra olunan iki layihənin Fransa və Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrini xeyli gücləndirdiyini qeyd edib. O, yeni Tvinninq layihəsinin bu əməkdaşlığın məqsədyönlü şəkildə davam etməsinə şərait yaratdığını və Azərbaycanda pensiya təminatının inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Tədbir Layihənin komponentləri və layihə çərçivəsində görüləcək işlərdə gözlənilən nəticələrə dair təqdimat və müzakirələrlə davam edib.

Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
Loading Bars
Xəbər lenti
Ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu ilə söndürə bilib - Deputat
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Ağdamda bıçaqlanma hadisəsi olub
XİN Fransanın Ermənistandakı səfirinə cavab verdi
Erməni cəmiyyəti hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir - Deputat
Belarus Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb (FOTO)
Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub - Tamam Cəfərova
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Əsas Məsələ”də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müzakirə olunub
Hərbi Qənimətlər Parkına axın edən paytaxt sakinləri: Ölkəmizlə bir daha qürur duyduq - Trend TV-nin REPORTAJI
“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib (FOTO)
Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır - Vüqar Rəhimzadə
Ukrayna və Azərbaycan alternativ enerjinin istifadəsi potensialını artıra bilər
Qubadlıda yol tikintisi zamanı XVlll əsrə aid məscidi qanunsuz sökənlər cəzalandırılacaq
Somalidə avtobus partladılıb - 17 ölü
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır - Sevil Mikayılova
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Aprelin 15-nə USD/AZN rəsmi məzənnəsi
BMT-nin ofisi Azərbaycanda humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ABŞ dolları ayırıb (FOTO)
Ukrayna azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırdır - Baş nazirin müavini
Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirilib (FOTO/ VİDEO)
Cəlilabadda reyd: sürücülər cərimələndi (FOTO)
YAP Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)
“Yaşıl Marafon” çərçivəsində Qubadlıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Neftçalada içməli su probleminin həlli üçün yeni layihənin icrasına başlanılır (FOTO)
Türk Şurası ölkələri futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb
30 il boyunca faydalı iş görməyən Minsk qrupunun indi məsləhət vermək haqqı yoxdur - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Birinci rübdə 30 min şəxsə e-qaydada fərdi hesab açılıb
AQTİ-nin regional sınaq laboratoriyaları səriştəlik proqramında yüksək nəticə göstərib (FOTO)
Azərbaycan və Ukraynanın əməkdaşlığı üçün bir sıra istiqamətlər mövcuddur - Baş nazirin müavini
Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı (FOTO)
Xızıda "Mitsubishi" yanıb
Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı
Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub (FOTO/VİDEO)
Yulğun kollarının məhv edilməsi ilə bağlı iş prokurorluğa göndərildi
Saatlı sakinindən 2 ədəd odlu silah götürülüb
Ramanada şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi (FOTO)
Türkiyə parlamentində Ermənistanın Azərbaycana hücumu zamanı qeydə alınan pozuntular müzakirə ediləcək
Türkiyə Liviyaya COVID-19-a qarşı vaksin göndərir (FOTO)
İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq
“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb
Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəltdi
Ukrayna Baş nazirinin müavini Ağdama gedib (FOTO)
Azərbaycanda nikah və boşanmaların sayı məlum olub
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO)
Azərbaycan-Belarus sənədləri imzalanıb (FOTO)
Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Azərbaycan əhalisinin sayı açıqlanıb
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Küçədə saxlanılan koronavirus xəstələri xəstəxanaya yerləşdirilib
Putin vaksinin ikinci dozasını vurdurub
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir
İranda koronavirusdan gündəlik ölüm halı 300-ü keçib
Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - Sərəncam
Kiyevdə sərt karantin rejiminin müddəti uzadılıb
Xətai rayonunda küçələr abadlaşdırılır (FOTO)
Aleksandr Lukaşenko: Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb
Prezident İlham Əliyev: Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır
"Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib (FOTO)
Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair sənəd imzalanıb (FOTO)
Evini tərk edən daha 5 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi başlandı
246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Sabah 25 dərəcəyədək isti olacaq
Türkiyə ilk "hava-hava" tipli raketini sınaqdan keçirib (VİDEO)
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi - ŞƏRH
“Elmlər Akademiyası” stansiyasında relslərdəki ağac şpallar dəmir-beton şpallarla əvəzlənir (FOTO)
Naqif Həmzəyev Çin səfiri ilə görüşüb (FOTO)
Mobil bankçılıq sahəsində islahatlar təkmilləşdirilir
Ermənilər Hərbi Qənimətlər Parkından dərs götürsünlər - Hərbi ekspert (VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşır
GiLTEX müştərilərini Sumqayıtda yeni magazasında salamlamağa hazırdır (FOTO)
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Bakı Slavyan Universitetinin professor-müəllim heyəti vaksinasiyada fəal iştirak edir
Ramazanda düzgün və balanslı qidalanma
Macarıstan şirkətləri Qarabağın bərpası üzrə biznes forumda iştirak edə bilər
Bu bank kartları ilə əməliyyatlar müvəqqəti dayandırılacaq
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
Odlar Yurdu Universiteti bu ixtisaslar üzrə işə qəbul elan edir
Mart ayında elektrik enerjisi istehsalı artıb
Paşinyan sabiq baş qərargah rəisini yalan danışmaqda ittiham etdi
Şəkidə qayınanasını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib
"8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Bərdədə cinayət törədən şəxslər saxlanılıb
Azərbaycan nefti bahalaşır
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib (FOTO/VİDEO)
İtaliya ermənipərəst dairələrin təzyiqinə məhəl qoymadı - Politoloq
Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Yeni Bakı-Quba yolunun 16-30-cu kilometrliyində təmir işlərinin 1-ci hissəsi bitib (FOTO)
Saatlıda yas mərasimləri aşkar edilib
BP "Azəri-Çıraq-Günəşli" blokunda texniki xidmət proqramlarını reallaşdıracaq
Oğuzda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
Moody's Xalq Bankın reytinq üzrə proqnozunu iki pillə yüksəldib
Prezident İlham Əliyev verdiyi vədlərin hamısını yerinə yetirib - Deputat
Orta aylıq pensiya 12% artaraq 332 manata çatıb
Sumqayıtda zavod ərazisində top mərmisi tapılıb (FOTO)
Bütün xəbərlər