...

Xalq Bank kartları Qatar Airways-də 45% endirim qazandırır

İqtisadiyyat Materials 11 İyul 2017 15:08 (UTC +04:00)
Xalq Bank kartları Qatar Airways-də 45% endirim qazandırır.
Xalq Bank kartları Qatar Airways-də 45% endirim qazandırır

Bakı. Trend:

Xalq Bankın plastik kart sahibləri 13-19 iyul 2017-cı il tarixlərində Qatar Airwaysdən səyahət müddəti 13 iyul-10 dekabr 2017-ci il olmaqla, gediş-dönüş biletləri alarkən 45%-lik möhtəşəm endirim əldə edəcəklər.

Bankdan Trend-ə verilən məlumata görə, endirimlər biznes və ekonom sinifləri üçün 150-dən çox istiqamətdə keçərlidir.

Aksiyada Xalq Bankın Visa Platinum, Visa/MC Gold, Visa Classic/MC Standard, İnternet kart, Visa Business/MC Business, MC World Black Edition və əməkhaqqı kartlarının istifadəçiləri iştirak edirlər. Biletləri Qatar Airwaysin www.qatarairways.az internet səhifəsində əldə etmək olar. Aviabileti şirkətin saytında alarkən müştəri “Promo kodu” sətrinə best2017 yazmalıdır.

Xalq Bankın Visa Platinum, Visa/MC Gold, Visa Classic/MC Standard, İnternet kart, Visa Business/MC Business kartları Bankın istənilən filialında pulsuz təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti