...

“ASAN viza” sisteminin imkanları araşdırılıb

İqtisadiyyat Materials 15 Avqust 2017 17:36 (UTC +04:00)
Hotellər və Restoranlar Assosiasiyası qonaqpərvərlik və turizm sektorunda araşdırmalar və analitika işini davam edərək növbəti layihə həyata keçirib.
“ASAN viza” sisteminin imkanları araşdırılıb

Bakı. Trend:

Hotellər və Restoranlar Assosiasiyası qonaqpərvərlik və turizm sektorunda araşdırmalar və analitika işini davam edərək növbəti layihə həyata keçirib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi ASAN Viza sisteminin fuksionalını və imkanlarını araşdırmaq, onun turizm sənayesi və turistlər üçün rahat olmasının qiymətləndirilməsi və nəticə etibarilə ASAN Viza sisteminin təkmilləşdirilməsində yardımçı olmaqdan ibarətdir.

“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 923 saylı, 1 iyun 2016-cı il tarixli Fərmanı ilə ölkəyə səfər edən xarici vətəndaşlara və vətəndaşlığı olmayanlara keçən ildən etibarən elektron vizaların verilməsi başlamışdır. Yeni və innovativ sistemin yaradılması ölkəyə səfər etmək arzusunda olan turistlər üçün geniş imkanlar yaradmış, onların viza almaq prosedurlarını olduqca sadələşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin növbəti bir neçə Fərmanı əsasında isə “ASAN Viza” sistemi təkmilləşdirilmiş və əlavə imkanlar tətbiq edilib.

Assosiasiya bir qrup könüllülər və cəlb edilmiş ekspertlərlə bərabər “ASAN Viza” sistemində müxtəlif testlər keçirmiş, bir sıra turizm agentliklərinin və turistlərin sistem haqqında fikirlərini öyrənib. Toplanan rəylər nəticəsində expertlər sistemin funksionalında bir sıra çatışmazlıqlar aşkar edib, eyni zamanda arzu olunan əlavə imkanlar haqqında fikirlər müzakirə ediblər. Əldə edilmiş nəticələr, sənaye nümayəndələrinin və turistlərin istək və arzuları, exspertlərin tövsiyələri “ASAN Viza” sisteminə Assosiasiya adından ünvanlanmış məktubda açıqlanıb.

Belə ki, sistemin funksionalında aşkar edilmiş nöqsanlar sırasında aşağıdakılar məlum olub:

  • Istər fərdi və yaxud qrup şəklində viza almaq üçün müraciətlərin birinci hissəsi (ödənişə qədər) tamamlanandıqdan sonra səhflər aşkar edildikdə müraciətlərdə düzəliş aparmaq imkanı və yaxud qrup müraciətlərə əlavə müraciət etmək imkanı məhduddur. Bu mərhələdə yalnız müraciəti ləğv edib əvəzində yeni müraciəti yaratmaq olur;
  • Müraciətlərin öncədən bir nəfər üçün, ailə və ya qrup olması seçimi yoxdur;
  • e-Vizanın verilmə müddətinə (3 iş günü) şənbə və bazar günləri daxil deyillər. Həftənin cümə günü müraciət edildikdə 5 gün müddət hesablanır baxmayaraq ki, ASAN Xidmətin iş rejimində şənbə və bazar günləri iş günləri kimi hesab edilirlər;
  • Qrup müraciətlər haqqında e-poçt vasitəsilə yollanan bildirişlərdə yalnız siyahıda ilk adı olan vətəndaşın məlumatları görünür;
  • Sistem eyni passport sahibinin hətta eyni müddət üçün müraciətlərini identifikasiya etmir və təkrar olaraq qəbul edir;
  • Sürətləndirilmiş vizanın alınması üçün (3 saat arzində) seçim yoxdur.

Assosiasiya turizm sənayesi nümayəndələri arasında aparılan sorğu nəticəsində əldə olunmuş istək və arzuları və ekspertlərin rəylərini nəzərə alaraq aşağıdkıları da diqqətinizə çatdırır:

  • İki giriş turist vizasının tətbiqi qonşu dövlətlərin turizm bazarları ilə daha sürətli inteqrasiya üçün imkanlar aça bilər. Əgər xarici vətəndaşlara iki qonşu dövlətə səfər etmək üçün turlar təklif edilsə, misal üçün Azərbaycan və Gürcüstan, bu halda, marşrutdan asılı olaraq, turistlərin iki giriş vizalarına ehtiyac yaranır. Eyni zamanda iki giriş vizası qonşu dövlətlərə qısamüddətli, bir günlük turların təşkilində də yardımçı olar, bu isə təklif olunan turizm xidmətlərini daha da müxtəlifləşdirər;
  • Müraciətlərdə səhflər aşkar edildikdə e-Viza üçün tətbiq edilən dövlət rüsumu və xidmət haqqı geri qaytarılmır. Arzu olunur ki, dövlət rüsumu istifadə edilməmiş viza üçün geri qaytarılsın və yaxud müraciət edənin elektron hesabında saxlansın və yalnız xidmət haqqı tutulsun;
  • e-Viza sisteminin ödəniş qaydaları məhduddurlar. Turizm agentlikləri müqavilə əsasında bank köçürmələri vasitəsilə və sonradan ödənişlərin aparılmasının mümkün olmasını da arzu edirlər.

Assosiasiya ümid edir ki, aparılan tətqiqat işinin nəticəsində əldə olunan və sizinlə bölüşdüyümüz məlumatlar “ASAN Viza” sisteminin təkmilləşdirilməsində yardımçı olacaq, nəticə etibarilə isə ölkəyə səfər edən turistlər və gəlmə turizmla məşqul olar turizm şirkətləri üçün yeni imkanlar açacaq.

Xəbər lenti

Xəbər lenti