...

"Araz" və "Favorit" marketləri birləşir

İqtisadiyyat Materials 29 Sentyabr 2017 12:28 (UTC +04:00)
“Araz Supermarket” və “Favorit Market” şəbəkələri birləşir.
"Araz" və "Favorit" marketləri birləşir

Bakı. Trend:

“Araz Supermarket” və “Favorit Market” şəbəkələri birləşir.

Bu barədə Trend-ə "Araz" Supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, ölkə əhalisinin pərakəndə ticarət sektorunda gündəlik tələbat malları ilə təminatını həyata keçirən supermarket şəbəkələri birləşmək barədə qərar qəbul ediblər. 2011-ci ildən fəaliyyətə başlayan “Araz Supermarket” və 2008-ci ildən fəaliyyətdə olan “Favorit Market” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar veriblər.

Qeyd edək ki, sözügedən birləşmə ölkə iqtisadiyyatında bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, tədarükçülərlə istehlakçılar arasında körpü rolunu oynayaraq, müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək.

Dünya təcrübəsinə istinad edərək söyləyə bilərik ki, bu cür birləşmələr pərakəndə sektorun inkişafına səbəb olur. Pərakəndə sektorun inkişafı öz növbəsində yerli istehsalın artmasında mühüm rol oynayır. Yerli istehsal sektorunun inkişafı isə ölkə iktisadiyyatının əsas təkan verici qüvvəsi hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti