...

Azərbaycan Varnada Qara Dəniz turizm forumunda təmsil olunub (FOTO)

İqtisadiyyat Materials 3 Oktyabr 2017 11:11 (UTC +04:00)
Azərbaycan Varna şəhərində keçirilmiş 10-cu Qara Dəniz turizm forumunda təmsil olunub.
Azərbaycan Varnada Qara Dəniz turizm forumunda təmsil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Varnada Qara Dəniz turizm forumunda iştirak edib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın turizm potensialı və mədəniyyətinin bu ölkədə təbliğinin davamı olaraq Bolqarıstanın Turizm Nazirliyi, Varna Bələdiyyəsi və Turizm Palatası tərəfindən təşkil olunmuş 10-cü Qara Dəniz turizm forumunda bir sıra xarici ölkələrlə yanaşı Azərbaycan da təmsil olunub.

“Yerli mənsubiyyət və qlobal turizm” adı altında baş tutmuş bu forumda səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm potensialı haqqında təqdimat keçirilib və forum çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan milli stendlə təmsil olunub. Təqdimat zamanı Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, ənənələri, mətbəxi, keçirilmiş mötəbər beynəlxalq tədbirlər haqqında bəhs edilib, ölkəmizin turizm infrastrukturu, mövcud turizm marşrutları və turistlər üçün yaradılmış şərait barədə tədbir iştirakçılarına məlumat verilib. Milli stenddə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunub, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Ölkə stendində həmçinin Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib.

Sözügedən tədbirin açılışında iştirak edən Bolqarıstanın turizm nazirinin müavini Milko Teofilov və Varna merinin müavini Kosta Bazitov Azərbaycan stendini ziyarət edib, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıb. Tədbirin sonunda Forumda fəal iştiraka görə Azərbaycanın Bolqarıstandakı səfirliyi diplomla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti