...

"AccessBank"ın kapitalı 140 mln. manatadək artırılıb

İqtisadiyyat Materials 4 Oktyabr 2017 12:47 (UTC +04:00)
"AccessBank"ın kapitalı 140 mln. manatadək artırılıb.
"AccessBank"ın kapitalı 140 mln. manatadək artırılıb

Bakı. Trend:

"AccessBank"ın kapitalı 140 mln. manatadək artırılıb. Bank növbəti dəfə maliyyə mövqeyini gücləndirib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

"AccessBank"ın səhmdarları tərəfindən 20 mln. manat məbləğində 4.8 mln. yeni səhmlərin əldə edilməsi nəticəsində Bankın nizamnamə kapitalı 140 mln. manatadək artırılıb. Səhmlərin emissiyası və qeydiyyatı 30 sentyabr 2017-ci il tarixində başa çatıb.

AccessBank-ın İdarə Heyətinin sədri Rolf Reichardt bildirib: "Kapitalın ikinci dəfə artırılması bir daha səhmdarlarımızın Bankın kapital mövqeyinin davamlı şəkildə gücləndirilməsi niyyətini nümayiş etdirir. Bu, bizə müştərilərimizin maliyyə ehtiyaclarını maksimum dərəcədə qarşılamaq və mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyimizi daha da möhkəmləndirməyə şərait yaradacaq”.

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan "AccessBank" tam çeşidli bank xidmətləri təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti