...

İki yeni sığorta vasitəçisinə müddətsiz lisenziya verilib

İqtisadiyyat Materials 6 Oktyabr 2017 19:01 (UTC +04:00)
“Sizin sığorta brokeri” və “Avand Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə müddətsiz lisenziyalar verilib.
İki yeni sığorta vasitəçisinə müddətsiz lisenziya verilib

Bakı. Trend:

İki yeni sığorta vasitəçisinə müddətsiz lisenziya verilib.

Bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq “Sizin sığorta brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Avand Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti