...

"Caspian European Club" və "Caspian American Club"un üzvləri turizm problemlərini müzakirə ediblər (FOTO)

İqtisadiyyat Materials 18 Oktyabr 2017 16:33 (UTC +04:00)
"Caspian European Club" və "Caspian American Club"un üzvləri bu gün mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə turizm sektorunun mühüm məsələləri və problemlərini müzakirə ediblər.
"Caspian European Club" və "Caspian American Club"un üzvləri turizm problemlərini müzakirə ediblər (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Caspian European Club" və "Caspian American Club"un üzvləri bu gün mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə turizm sektorunun mühüm məsələləri və problemlərini müzakirə ediblər.

Trend-in məlumatına görə, biznes-forumda çıxış edən N.Səmədov iştirakçılara ölkənin turizm sektorunun gələcək inkişafı istiqamətində həyata keçirilən tədbirlər, planlar və perspektivlər barədə məlumat verib.

Dövlətlə sahibkarlar arasında səmərəli dialoq üçün yaradılmış şəraitə görə Klub rəhbərliyinə minnətdarlığını bildirən N.Səmədov nazirliyin sahibkarlar və onları təmsil edən ictimai təşkilatlarla diskussiya üçün hər zaman açıq olduğunu vurğulayıb.

N.Səmədov qeyd edib ki, son illərdə ölkəmizdə postneft erası qeyri-neft sektorunun bir çox sahələrində, o cümlədən turizmdə öz canlanma dövrünü yaşayır: “Əlbəttə bu, ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı üzrə uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir. Məhz bu tədbirlərin nəticəsində biz turizm sektorunda mühüm nailiyyətlər əldə etmişik”.

Statistik göstəricilər barədə söz açan N.Səmədov son iki il ərzində ölkəmizə əcnəbi turist axınının qeydə alındığını deyib. Onun sözlərinə görə, 2015-ci illə müqayisədə Azərbaycana gələn xarici turistlərin sayı 2016-cı ildə 11,7% artaraq 2 248 800 nəfər olub . 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycana səfər etmiş əcnəbi vətəndaşların sayı ötən ilin analoji mərhələsi ilə müqayisədə 20,9 %, yəni 2 071 918 nəfər artıb. Əsas artım Rusiya, İran, BƏƏ və İraqdan gələn turistlərin sayında müşahidə olunur.

N.Səmədov həmçinin paytaxtda keçirilən “Baku Shopping Festival”ın əhəmiyyətini vurğulayaraq, festivalın təşkilinə dövlət büdcəsindən 5,6 milyon manat ayrılmasına baxmayaraq, xərclənən vəsaitin 1 milyon manatı keçmədiyini dilə gətirib.

"Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin biznesmenlərin problemlərinin həllindəki fəal iştiraka və operativ reaksiyaya görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

T.Əliyev xatırladıb ki, Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.

“Caspian European Club Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, xarici investisiyanın cəlb edilməsində, orta və kiçik biznesin inkişafında fəal iştirak edir. Bundan əlavə, Klub Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında beynəlxalq iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır”.

T.Əliyev deyib ki, “Caspian Energy Georgia-nın fəaliyyətinin yenilənməsi çərçivəsində Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin "Caspian European Club"un dəstəyilə 2018-ci ilin martında 5-ci Beynəlxalq “Caspian Energy Forum” təşkil olunacaq: "Forumun açılış mərasimində Gürcüstanın Baş-naziri Georgi Kvirikaşvilinin iştirakı nəzərdə tutulub”.

Biznes-forum zamanı N.Səmədova Caspian European Club və Caspian American Club-un fəxri üzvlük sertifikatı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti