"Kapital Bank" İdarə Heyətinin sədri: Bizi maliyyə sektorunun lideri edən müştərilərimizə etibara görə təşəkkür edirik

"Kapital Bank" İdarə Heyətinin sədri: Bizi maliyyə sektorunun lideri edən müştərilərimizə etibara görə təşəkkür edirik

Bakı. Trend:

Ölkənin maliyyə sektorunun lider bankına çevrilən "Kapital Bank" son illər ərzində böyük nailiyyətlər əldə edib. Böyük transformasiya prosesi keçmiş bank, hazırda ölkə üzrə 100-dək filialı ilə müştərilərə müxtəlif çeşidli bank xidmətləri göstərir.

2017-ci ilin üçüncü rübünü yüksək nəticələrlə başa vuran "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev uğurlu biznesin qurulması və idarə olunmasının sirləri barədə danışıb.

- Rövşən müəllim, heç də asan olmayan 2016-cı ili Kapital Bank 52 mln. manatlıq mənfəətlə başa vurdu. Biznesin uğurlu olması hansı meyarlardan asılıdır?

- İlk növbədə qeyd edim ki, 2016-cı il olduqca maraqlı il oldu. 2015-ci ilin əvvəlində və sonunda devalvasiya baş verdi. Növbəti 2016-cı il üçün bank sektorunun proqnozları ürəkaçan deyildi. Amma biz əvvəlki ildə olduğu kimi ötən ili də uğurla və mənfəətlə yekunlaşdırdıq. Səhmdarlar tərəfindən qarşımıza qoyulan hədəfləri artıqlaması ilə vura bildik. "Kapital Bank" 3 milyona qədər fiziki, 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Böyük müştəri bazası, daim yenilənən məhsul portfeli, ölkə üzrə ən böyük filial şəbəkəsi, filialların və biznes prosesləri transformasiyası ilin sonunda uğurlu rəqəmləri əldə etməyə zəmin yaradır. Biznesin inkişafı, yüksək potensiala malik komandanın mövcudluğu biznesin uğurlu olmasını təmin edir. 2017-ci ilin 3-cü rübünün nəticələrinə görə Bankın aktivləri 3 mlrd. manat, xalis mənfəəti 57,6 mln. manat, nizamnamə kapitalı 185 mln. manat, məcmu kapitalı isə 266,3 mln. manat təşkil edib. Əminəm ki, 2017-ci ili də yüksək nəticələrlə başa vuracağıq.

Ölkədə baş verən devalvasiyalardan sonra beynəlxalq reytinq agentlikləri ölkənin maliyyə sektorunun reytinqlərini aşağı endirməyə başladı. Amma buna baxmayaraq "Kapital Bank" əvvəlki illərdə olan reytinqini sabit saxlaya bildi. Ümumiyyətlə, dünyanın istənilən ölkəsində iqtisadi böhran baş verdikdə, reytinqlərdə müəyyən geriləmələr müşahidə olunur. Azərbaycanda da devalvasiyalardan sonra bəzi xoşagəlməz reytinqlər, həmçinin milli valyutanın qeyri-sabit məzənnədə olması bu cür neqativ xəbərlər eşitməyimizə zəmin yaratdı. Bankımızın fəaliyyəti Standard & Poor's və Moody's Investor Service beynəlxalq reytinq agentlikləri tərəfindən qiymətləndirilir. 2017-ci ilin nəticələrinə görə bizim reytinqimiz sabit olaraq saxlanılıb. Təbii ki, neqativ xəbərlərin fonunda beynəlxalq agentliklərindən sabit reytinq almaq olduqca çətin və məsuliyyətli məsələdir. Deməli, "Kapital Bank" ölkənin maliyyə sektorunda lider qurum olaraq özünü təsdiqləyə bilib.

Hazırda "Kapital Bank"ın kapital adekvatlığı əmsalı nəzarət orqanının tələblərinə tam uyğundur və bankın mövcud kapital buferi gözlənilməz halları qarşılamağa imkan verir. Eyni zamanda, bankın mənfəətli fəaliyyəti də kapital göstəricilərini dəstəkləyir. Bildiyiniz kimi, praktikada kapitalla bağlı risklər və itkilər yerləşdirilmiş aktivlərin, o cümlədən kreditlərin keyfiyyəti ilə birbaşa əlaqəlidir. Bu baxımdan bankımız kredit risklərini minimallaşdırmaq məqsədilə, “müştərini tanı prinsipi”nə xüsusi diqqət yetirir və bütün müraciətlər ətraflı təhlil edilir. Kreditlər verilərkən müştərilərin maliyyə vəziyyəti, öhdəlikləri, fəaliyyəti hərtərəfli təhlil olunur və potensial risklər nəzərə alınmaqla onların ödəniş imkanları daxilində kreditlər təklif olunur. Kredit risklərini minimal hədlərdə saxlamaq üçün iqtisadi şərtlər daxilində müxtəlif seqmentlərin kreditləşmə prosesi mütəmadi nəzərdən keçirilir və təkmilləşdirilir. Çalışırıq ki, növbəti qiymətləndirmə zamanı reytinqimizin sabit deyil, bir qədər də artırılmasına müvəffəq olaq. Çünki artıq neftin qiymətinin nisbətən sabitləşməsi, ixracatın artması, idxalın geriləməsi və dolların manat qarşısında məzənnəsini sabitləşdirib. İlin əvvəlində 2 manata yaxınlaşan dollar/manat məzənnəsi hazırda 1,70 manat ətrafında sabitləşib.

- Son 2 il ərzində "Kapital Bank"ı həmçinin, beynəlxalq sərgilərdə, konfranslarda görürük. Xarici təşkilatlarla əməkdaşlıq etməyi, beynəlxalq arenaya çıxmağı planlaşdırırsınızmı?

- "Kapital Bank"ın əsas prioritet inkişaf istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. Artıq 2 ilə yaxındır ki, bununla bağlı müəyyən addımlar atılıb, müxtəlif beynəlxalq təşkilatlarla, maliyyə institutları ilə əməkdaşlıq edirik. Həmçinin, il ərzində maliyyə sərgilərində iştirak edirik. "Kapital Bank" Amerika Banklar Assosiasiyasının üzvüdür və həmin təşkilatın illik yığıncaqlarında fəal iştirak edərək, bir sıra konfranslarına dəstək də göstəririk. Qeyd edim ki, MDB ölkələri arasında "Kapital Bank" və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür. Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan "Kapital Bank"ı dünya miqyasında tanıdacaq və strateji planlarımıza uyğun olaraq yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək.

Xaricdə filial və ya nümayəndəlik açmaq niyyətimiz olmasa da, müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün beynəlxalq əməkdaşlıq və xarici həmkarlarımızın təcrübəsindən bəhrələnmək olduqca önəmlidir.

Bu ilin sentyabr ayında "Kapital Bank" Swift Gpi beynəlxalq sisteminə qoşulub. Həmçinin ötən ay məşhur Global Finance jurnalı dünyanın ən güvənli və təhlükəsiz (“Safest Bank”) banklarını müəyyən edib. O cümlədən Azərbaycandan “Ən Güvənli Bank” olaraq Kapital Bank-ı seçib. Araşdırma 106 ölkənin 1000-dək bankı arasında aparılıb. İlin sonunadək daha bir neçə beynəlxalq tədbirdə iştirak etməyi və əməkdaşlığımızı genişləndirməyə çalışacayıq.

- Son zamanlar bir sıra Avropa bankları rəqəmsal bankinq xidmətləri təklif etməyə başlayıb. Bəs "Kapital Bank" müştəriləri üçün hansı innovativ yenilikləri təqdim etməyi düşünür?

- Cari ilin əvvəlində biz yenilənmiş Mobil və İnternet Banking xidmətimizi müştərilərin ixtiyarına verdik. Bir sıra üstünlüklərə və yeniliklərə malik bu tətbiq vasitəsilə müştərilər, bank əməliyyatlarını filiala gəlmədən asanlıqla həyata keçirə bilirlər. Amma texnologiyalar saatbasaat inkişaf edir və biz də bu tendensiyaya uyğun olaraq irəliləyirik. Yaxın zamanlarda tətbiqin daha üstün versiyasını müştərilərə təqdim edəcəyik. Artıq müştərilər banka gəlmədən kredit və ödəniş kartları sifariş verə, əmanət yerləşdirə və bütün hesab və bank məhsullarını xüsusi tətbiq vasitəsilə idarə edə biləcəklər. Bundan başqa, "Kapital Bank"ın 2018-2020-ci illər üzrə nəzərdə tutulmuş strateji hədəflərinin ən mühümü bütün məhsul və xidmətlərimizi həmçinin rəqəmsal müstəvidə olmasından ibarətdir.

- "Kapital Bank"ın ölkə üzrə 100-dək xidmət nöqtəsi mövcuddur. Rəqib bankların filialları bağlandığı bir vaxtda, yeni filialların açılmasını nə ilə əlaqələndirərdiniz?

- Xidmət sahəsinin genişləndirilməsi zamanı müştəri xidməti keyfiyyətini də artırmaq lazımdır. Təbii ki, bu sahədə atılan ilk addım filial şəbəkəsinin optimallaşdırılmasıdır. Müştəri keyfiyyətli xidməti ona yaxın və rahat olan, əlverişli yerdə açılmış filialda almalıdır. Ona görə də müştərilərə keyfiyyətli xidmət göstərmək üçün ilk öncə filial şəbəkəmizə “əl gəzdirməli” olduq. "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə də yeni filial və şöbələrimiz açılıb, həmçinin bir sıra filialların ofisləri əsaslı təmir edilib və ya yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda bitmək üzrədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Bununla yanaşı region filiallarımızı inkişaf etdirmək məqsədilə İsmayıllıda və Lənkəranda Təlim İnkişaf Mərkəzlərimizi əməkdaşlarımızın ixtiyarına vermişik. Artıq region təlimləri orada keçirilir ki, bu da əməkdaşların inkişafına və müştəri xidmətinin keyfiyyətinə müsbət təsir edir. Həmçinin yeni Kart Mərkəzlərinin açılışları oldu ki, bunun da nəticəsində sosial müavinət və digər kart alan müştərilər bu mərkəzlərə gəlib, rahatlıqla kartlarını əldə edə bilərlər. Bundan başqa müştəri seqmentimizdən asılı olaraq daha bir neçə yeni filiallar açılması planlaşdırılır.

- "Kapital Bank" tərəfindən hansı sosial layihələr həyata keçirilir?

- "Kapital Bank" korporativ sosial məsuliyyət sahəsinə böyük diqqət ayırır. Hər il bank müxtəlif sosial layihələr həyata keçirir. Mütəmadi olaraq Təhsil Nazirliyinə, Sabah qruplarına, “Azərbaycan üçün öyrət”, “Təhsil Nazirliyi”, Respublika üzrə Fənn Olimpiadasına, Dövlət İqtisad Universitetinə müxtəlif layihələr üzrə dəstək göstərmişik. Təhsil Nazirliyinin Təhsil Sərgisinin baş sponsoru olduq. Oktyabr ayında Berkley Universiteti ilə Mühəndislər Universitetinin əməkdaşlığı nəticəsində olan “İnnovasiya Ekosistemlərinin Qurulması” konfransı da dəstəyimizlə keçirilib. "Kapital Bank"ın “Yaşıl ölkəm” layihəsi çərçivəsində bir sıra regionlarda ağacəkmə aksiyaları həyata keçirmişik. Hər il əməkdaşlarımız “Talasemiyasız həyat” naminə proqramına dəstək göstərərək qanvermə aksiyalarında iştirak edir. Bu ilin oktyabr ayında isə Beynəlxalq Ahıllar Günü münasibətilə Bakıda, Gəncədə, İsmayıllıda və Lənkəranda təqaüdçülər üçün maarifləndirici təlimlər təşkil etdik. Gələcəkdə belə layihələrin daha geniş miqyasda davam etdiriləcəyi planlaşdırılır.

- Yaxın gələcəkdə müştərilərinizə hansı yeni məhsulları və xidmətləri təqdim edəcəksiniz?

- Əlamətdar günlər zamanı müştərilərimizə mütəmadi olaraq müxtəlif endirimli, hədiyyəli və güzəştli aksiyalar təqdim edirik. Bu artıq ənənə halını alıb. Bundan başqa yeni məhsulları da təqdim etməyi unutmuruq. Bildiyiniz kimi yeni mövsümdə 3 valyutalı Visa Trio kartlarını bazara çıxardıq. Sadiq kredit müştərilərimizə “Birlik Klubu”nu təqdim etdik. Bundan başqa BirKart məhsulu üzrə də bir sıra yeniliklərimiz olacaq ki, bu da müştərilərimizə əlavə üstünlüklər qazandıracaq.

- Proqnozlardan söz düşmüşkən, ilin sonunadək əsas maliyyə göstəriciləri ilə bağlı proqnozlarınız nədən ibarətdir? 2017-ci ilin yekunları da mənfəətli olacaqmı?

- Təbii ki, proqnozlarım pozitivdir. İlin sonuna bir neçə ay qalıb və 3-cü rübün hesabatına nəzər saldıqda görürük ki, rəqəmlərimiz çox ümidvericidir. 2017-ci ildə də artım tendensiyasının saxlanılmasına çalışacağıq. Bundan başqa hazırda "Kapital Bank" 2018-2020-ci illərin strateji hədəflərini həyata keçirməyə başlayacaq. Keçmiş 3 ilin hədəflərini yüksək nəticələrlə başa vurduq. Çətin transformasiya prosesi zamanı bizimlə olan müştərilərinizə təşəkkürümü bildirmək istərdim. Növbəti illərdə də olduqca çətin və məsuliyyətli hədəflərimiz var. Əminəm ki, onları da peşəkar komandamızın köməkliyi, səyi və bacarığı ilə həyata keçirə biləcəyik.

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
Hotellərdə gecələmələrin sayı 40 faizə yaxın azalıb
Hotellərdə gecələmələrin sayı 40 faizə yaxın azalıb
Loading Bars
Xəbər lenti
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb
Yaponiya bu il ilk koronavirus peyvəndini istehsal edəcək
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)
Mübariz Qurbanlı: Vətən müharibəsində əldə olunan tarixi qələbə Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim
Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq
Yaponiyada görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş veriliş yayımlanıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 2 142 nəfər yoluxub
Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular (VİDEO)
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər (FOTO)
Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub - Sakit Məmmədov
Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycana köç edən nadir çöl quşlarının ovu qadağan edilir - ETSN
Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)
Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib - İqor Korotçenko
DSX-nin bütün hərbi hissə və bölmələrində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb (FOTO)
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin yeni ofisinin açılışı olub (FOTO)
Azərbaycanda 400-dən çox quş növü müəyyənləşib - Nazirlik
İki nəfəri tüfənglə yaralayan Şəmkir sakini saxlanılıb
Küveytin iri neft yatağında yanğın olub - Xəsarət alanlar var
Heydər Əliyevin Azərbaycanın həyatının bütün istiqamətlərində nəhəng əməyini və təsirini qiymətləndirmək çox çətindir - Natiq Rəsulzadə
Kəndlərin minalardan təmizlənməsinə Ağdamdan başlanılacaq - İcra başçısı (VİDEO)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (YENİLƏNİB) (FOTO/VİDEO)
Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 75 mini keçib
Səbaildə keçirilən ağacəkmə aksiyasında 300-dən çox ağac və gül kolları əkilib (FOTO)
“Azərsun Holdinq” Ulu Öndərin məzarını ziyarət edib (FOTO)
Qaradağda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbir keçirilib (FOTO)
Minatəmizləmə işinin sürətlənməsi üçün yeni texnikalar gətirilir - Agentlik sədri (VİDEO)
Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Ordubadın su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB-2)
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Vətən müharibəsində Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir - İsa Həbibbəyli
Güclü külək Ağcabədidə fəsadlar törədib (VİDEO)
Paşinyanın kortejində qəza olub - Xəsarət alanlar var
Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub (FOTO) (YENİLƏNİB)
Yetkinlik yaşına çatmayanlara siqaret satan mağazalar aşkarlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir (FOTO)
Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Ağdamda Ulu öndərin doğum günü münasibətilə ağacəkmə kampaniyası keçirilib (FOTO)
Bu ərazilərə qar yağıb - Faktiki hava
Parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib
Hacıqabul sakinindən narkotik və odlu silah götürülüb
Ermənistanın mülki əhaliyə qarşı cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb - Kamran Əliyev
Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror
Sabah arabir yağış yağacaq, şimşək çaxacaq
Qarabağda vuruşmuş erməni terrorçuları ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir - Kamran Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Naxçıvanda Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” binasının tikintisi ilə tanış olub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib (FOTO)
Bir həftədə 93 hektara yaxın ərazi minadan təmizlənib
Bütün xəbərlər