...

Bakıda onlayn satışı daha çox qeyri-ərzaq məhsulları təşkil edir

İqtisadiyyat Materials 4 Dekabr 2017 19:44 (UTC +04:00)
2017-ci ilin yanvar-oktyabr aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artaraq 15 milyard 108,2 milyon manat olub.
Bakıda onlayn satışı daha çox qeyri-ərzaq məhsulları təşkil edir

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin yanvar-oktyabr aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artaraq 15 milyard 108,2 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 6 milyard 861,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4 faiz artaraq 8 milyard 246,6 milyon manata bərabər olub.

İstehlak məhsullarının 19,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 67,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Cari ilin yanvar-oktyabr aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 36,0 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,5 dəfə çox istehlak məhsulları satılıb.

Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,9 faizi hüquqi şəxslərdən, 2,1 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti