...

Ötən il dövlət xətti ilə 200 milyon manata yaxın ipoteka krediti verilib

İqtisadiyyat Materials 27 Dekabr 2017 15:28 (UTC +04:00)
2017-ci il ərzində 3000-ə yaxın vətəndaş ipoteka kreditindən faydalanaraq mənzil problemini həll edib.
Ötən il dövlət xətti ilə 200 milyon manata yaxın ipoteka krediti verilib

Bakı. Trend:

Ötən il verilən kreditlərin məbləği 194 milyon manat təşkil edib.

Trend "Azərbaycan İpoteka Fondu" ASC-yə istinadən xəbər verir ki, 2017-ci il ərzində 3000-ə yaxın vətəndaş ipoteka kreditindən faydalanaraq mənzil problemini həll edib.

Ötən müddətdə 21 mindən artıq ailənin mənzil şəraitinin yaxışılaşdırılmasına imkan yaradılıb, verilmiş kreditlərin həcmi isə 930 milyon manata çatıb. Verilmiş ipoteka kreditlərinin 276 mln.manatdan çox hissəsini güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

2017-ci il ərzində Fond tərəfindən ipoteka istiqrazlarının emissiyası vasitəsilə 265 mln.manat məbləğində vəsait cəlb edilib, dövriyyədə olan 65 mln.manat məbləğində əsas borc üzrə ödənişlər həyata keçirilib.

Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən istiqrazların 13 buraxılışı həyata keçirilib, cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 655 mln.manata çatıb. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilir. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 534,6 mln.manatdır, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.

2017-ci ilin dövlət büdcəsindən Fonda 50 mln.manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub ki, artıq bu vəsait tam həcmdə Fondun hesabına daxil edilib. Ümumilikdə, 2005-2017-ci illər ərzində dövlət büdcəsindən Fonda 366 mln.manat məbləğində vəsait daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti