...

"AmCham" Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını alqışlayır

İqtisadiyyat Materials 29 Dekabr 2017 14:11 (UTC +04:00)
“AmCham” Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını alqışlayır.
"AmCham" Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını alqışlayır

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Prezident İlham Əliyevin Azərbaycan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması təşəbbüsünü dəstəkləyir.

Trend-in məlumatına görə, Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova bildirib ki, ölkədə kiçik və orta sahibkarlıq (KOS) üçün mərkəzləşdirilmiş agentliyin yaradılması Azərbaycanda kiçik və orta sahibkarlq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində qeyd edilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində əldə edilmiş növbəti nailiyyətdir.

Agentliyin tərkibində yaradılacaq KOS evləri barədə də fikir bildirən N.Məmmədova qeyd edib ki, bu evlər sahibkarları “bir pəncərə” prinsipi əsasında təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə və s. kimi xidmətlərlə təmin edən, eləcə də, KOS-un rəqabət qabiliyyətini və beynəlxalq mövqeyini gücləndirən xüsusi mərkəzlər olacaq.

“KOS-lar ölkənin iqtisadi inkişafında və yeni iş yerlərinin yaradılmasında aparıcı rol oynayacaqlar. Agentlik KOS-ların inkişafına böyük təkan verəcək və KOS-ların inkişafı ölkənin gəlirlərinin artmasına və bu istiqamətdə müəyyən edilmiş hədəflərə nail olmağa kömək göstərəcək. Agentliyin təsis edilməsi kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, maliyyə resurslarına KOS subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafı təmin edəcək”, - deyə N.Məmmədova bildirib.

N.Məmmədova, həmçinin Azərbaycanda “AmCham”ın Agentlik ilə əməkdaşlıq etməyə və Palatanın öz təcrübə və biliklərini Agentliklə bölüşməyə hər zaman hazır olduğunu da ifadə edib.

Azərbaycanda “AmCham” ölkədə xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham” iqtisadiyyatın hər bir sektorunda fəal olan 260-dan çox üzv və köməkçini özündə birləşdirir. Azərbaycan “AmCham” ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də, yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti