...

Bakıxanov körpüsünün seysmodayanıqlığı yoxlanılır

İqtisadiyyat Materials 10 Yanvar 2018 16:58 (UTC +04:00)
Seysmodayanıqlığın və texniki vəziyyətin monitorinqi üçün Bakıxanov küçəsində yerləşən və hazırda istismarda olan körpünün gövdəsində informasiya sistemi quraşdırılıb.
Bakıxanov körpüsünün seysmodayanıqlığı yoxlanılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Seysmodayanıqlığın və texniki vəziyyətin monitorinqi üçün Bakıxanov küçəsində yerləşən və hazırda istismarda olan körpünün gövdəsində informasiya sistemi quraşdırılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Rəyasət Heyətinin bu gün keçirilən iclasında məruzə ilə çıxış edərkən deyib.

Bəzi statistik məlumatları nəzərə çatdıran N.Məmmədov hesabat ilində bölmənin müəssisələrində 18 problemə aid 82 mövzu üzrə 323 tədqiqat işinin aparıldığını deyib: “12 mövzu və 146 iş artıq tamamlanıb. Bölmə üzrə patent üçün 17 iddia sənədi verilib və 6-sı xaricdə olmaqla 16 patent alınıb”. 2017-ci ildə alimlərin 1061 məqaləsinin dərc olunduğunu vurğulayan akademik onlardan 462-nin Scopus və Thomson Reuters bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib. Əməkdaşların əsərlərinə 9956 istinad olunduğunu söyləyib.

Kvant informatikası sahəsində ölkədə mövcud durum, potensialı və inkişaf perspektivlərini təhlil edən N.Məmmədov Fizika İnstitutunda "Kvant informatikası" baza laboratoriyasının və bu laboratoriyanın nəzdində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun İnformasiya Texnologiyaları Laboratoriyası ilə birgə kadr hazırlığı üçün virtual distant təlim infrastrukturunun yaradıldığını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti