...

Prezident İlham Əliyev: Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevriləcək

İqtisadiyyat Materials 8 Fevral 2018 15:51
Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevriləcək.
Prezident İlham Əliyev: Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevriləcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, növbəti illərdə önəmli, tarixi qaz-nəqliyyat layihələrini yenə də icra etməklə Azərbaycan - açıq dənizlərə çıxışı olmayan bir ölkə Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcək:

"Biz siyasətimiz, qətiyyətimiz, düzgün xarici siyasətimiz nəticəsində bunu da edəcəyik. Çünki xarici siyasət, ilk növbədə, daxili problemlərin həllinə yönəlib. Xarici siyasət daxili siyasətin davamıdır. Biz uğurlu xarici siyasəti təkcə ona görə aparmırıq ki, dünyada bizə olan rəğbət artsın. Bu, real işlərə çevrilir. Uğurlu xarici siyasət bu beynəlxalq layihələri də həll etməyə şərait yaradır. Çünki tranzit ölkə olmaq üçün sən mütləq qonşularla işləməlisən. Qonşular olmadan heç bir ölkə tranzit ölkə ola bilməz. Bütün bunlar bir-birinə bağlı olan məsələlərdir. Bizim gələcək inkişafımızla bağlı çox aydın təsəvvürümüz, proqramlarımız var - bütün sahələrdə, ictimai xidmət sahələrində, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə sahəsində, haqq-ədalətin bərqərar olması sahəsində, bütün istiqamətlərdə. Sadəcə olaraq, bir çıxışda bütün istiqamətlər haqqında geniş danışmaq mümkün deyil".

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan növbəti illərdə öz uğurlu, dinamik inkişaf tempini nəinki saxlayacaq, onu daha da möhkəmləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti