...

Bitkoin bu gün 8 min dollara satılır

İqtisadiyyat Materials 9 Fevral 2018 10:02 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti hələ də sabitləşə bilmir.
Bitkoin bu gün 8 min dollara satılır

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti hələ də sabitləşə bilmir.

Trend-in məlumatına görə, indi bitkoinin qiyməti 8 min dollar təşkil edir. Daha dəqiq desək, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 0,6% və ya 8,046 min dollaradək ucuzlaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 1,4% və ya 800,36 dollaradək ucuzlaşıb, "Ripple" 3,6% (0,78 dollara qədər) bahalaşıb, "Bitcoin Cash" isə 28,6% (1292,73 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 386,69 milyard dollar təşkil edir. Bu göstəricinin 35 faizi bitkoinin payına düşür.

Xəbər lenti

Xəbər lenti