...

Vergilər Nazirliyi ilə sahibkarlar arasında müzakirə platforması yaradılır (FOTO)

İqtisadiyyat Materials 4 May 2018 20:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, sahibkarlıq assosiasiyaları və bir sıra iş adamları ilə görüş keçirilib.

Konfederasiyadan Trend-ə verilən məlumata görə, görüşdə vergilər naziri Mikayıl Cabbarov, ASK-nın sədri Məmməd Musayev, ASK-ya üzv olan şirkətlər və assosiasiyalar iştirak edib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunaraq iş adamlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vergilər naziri vergi sistemində aparılan dəyişikliklərin başlıca prinsipləri, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həll olunması istiqamətində görülən işlər, həmçinin biznes sektorundan gözləntilərlə bağlı çıxış edib.

Görüşdə Vergilər Nazirliyi ilə sahibkarlar arasında müzakirə platforması kimi çıxış edəcək Əməkdaşlıq Şurasının yaradılması barədə razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti