Bakı. Maksim Tsurkov - Trend:
Norveçin məşhur neft şirkəti "Statoil" rəsmi olaraq adını dəyişib. Trend-in məlumatına görə, hazırda bu neft şirkəti "Equinor" adlanır.
Bildirilir ki, şirkətin adının dəyişdirilməsi barədə qərar mayın 15-də səhmdarların iclasında qəbul edilib.
"Equinor" sözünün "düz" mənası verən "equi" və şirkətin Norveçə məxsus olduğunu göstərən "nor" sözlərinin birləşməsindən ibarət olduğu izah edilib.
Qeyd edək ki, "Statoil" Azərbaycanda "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun işlənmsi layihəsində 7,27 faiz paya, Bakı-Tbilisi-Ceyhan boru kəmərində isə 8,71 faiz paya malikdir.