Parlament "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsini təsdiqləyib

Parlament "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsini təsdiqləyib

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi müzakirə olunub.

Trend-in xəbərinə görə, layihə haqqında məlumat verən Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

O bildirib ki, Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur: "Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar, işlər, xidmətlər Azad Zonadan əsas iqtisadiyyata ixrac edildikdə, bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir".

V. Ələsgərov söyləyib ki, əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi yaradır. Gömrük idarəsi öz fəaliyyətini Azad Zonanın strateji məqsədlərinə, qabaqcıl beynəlxalq təcrübəyə və Azad Zona qanunvericiliyinə uyğun həyata keçirir.

Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər.

İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ var.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
KOBİA Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır
KOBİA Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır
Azərbaycanda sentyabrda gündəlik xam neft hasilatının həcmi açıqlanıb
Azərbaycanda sentyabrda gündəlik xam neft hasilatının həcmi açıqlanıb
Loading Bars
Xəbər lenti
Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 27 663 nəfər sağalıb
Bu gün Özbəksitanda prezident seçkiləri keçiriləcək
Çində 2,24 milyard peyvənd istifadə edilib
Azərbaycanda sərnişinlərin istifadə etdiyi əsas nəqliyyat vasitələri bunlardır
Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
ABŞ-da atışma olub: 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ombudsmanın faktaraşdırıcı missiyaları ilə bağlı hesabatları Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən fotolar paylaşıb (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim başa çatıb (VİDEO)
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı baş tutub
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib
Araik Arutyunyanın Rusiyaya səfəri yalnız şəxsi xarakter daşıyır - Azərbaycanın Rusiyadakı Səfirliyi
Qubada 2 otaqlı ev yanıb
Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Bütün xəbərlər