ABŞ Konqresi və “Heritage” fondunda Trans-Xəzər regionu müzakirə olunub (FOTO)

ABŞ Konqresi və “Heritage” fondunda Trans-Xəzər regionu müzakirə olunub (FOTO)

Bakı. Trend:

Vaşinqtonda 3-cü Trans-Xəzər Forumu çərçivəsində ABŞ Konqresində brifinq və nüfuzlu “Heritage” fondunda analitik müzakirələr təşkil edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər” mövzusunda keçirilən panel müzakirələrin açılışında çıxış edən Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri və bu region üzrə ABŞ-ın ən tanınmış ekspertlərindən biri olan professor Fred Star region ölkələrinin əməkdaşlıq vasitəsilə birgə işlər görməsini təqdir etmiş və bu xüsusda, həmin ölkələr tərəfindən əldə edilmiş nailiyyətlərin ABŞ ictimaiyyətinə çatdırılması baxımından forum çərçivəsində növbəti dəfə Konqresdə belə bir müzakirələrin aparılmasının əlamətdar hadisə olduğunu qeyd edib. O, dünya okeanına birbaşa çıxışı olmayan əksər Trans-Xəzər dəhlizi dövlətlərinin iqtisadi inkişafının davamlılığının təmin olunması üçün region ölkələrinin bir-biri ilə sıx işləməsinin vacibliyinə toxunmuş, bunun üçün regional əməkdaşlıq və ticarətin artırılmasının xüsusi önəmini diqqətə çatdırıb.

Daha sonra professor Starın moderatorluğu ilə kəçən panel müzakirələrində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Türkiyənin İqtisadiyyat nazirinin müavini Fatih Metin və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Qenadi Arveladze çıxış edərək, regionun strateji əhəmiyyəti və rəqabətliliyini vurğulamış, Azərbaycan və digər ölkələr tərəfindən həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, qeyd edilən dəhliz boyu ticarət və tranzit imkanları, onun üstünlükləri barədə tədbir iştirakçılarına məlumat veriblər. Nazir müavini E.Vəlizadə çıxışında həmçinin Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasəti, mövcud və tikilməkdə olan nəqliyyat və neft-qaz layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Cənub Qaz Dəhlizi barədə danışmışdır. O, eləcə də Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması sahəsində son dövrlər həyata keçirilən kompleks islahatlar və bu istiqamətdə ABŞ şirkətləri üçün yaranmış yeni əməkdaşlıq imkanları haqqında bəhs edib.

Trans-Xəzər Forumunun növbəti tədbiri ABŞ-ın hal-hazırda ən nüfuzlu analitik mərkəzlərindən sayılan “Heritage” fondunda baş tutmuşdur. Adıçəkilən fondun xarici siyasət üzrə direktoru Lük Kofinin aparıcılığı ilə “ABŞ-ın Trans-Xəzər regionu ilə əməkdaşlığında yeni çağırışlar və perspektivlər” mövzusunda keçirilən dəyirmi masa müzakirəsində tanınmış amerikan diplomatı, Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü səfir Riçard Hoqland çıxış edərək, Birləşmiş Ştatların bölgədə əməkdaşlığı inkişaf etdirməkdə daha güclü rol oynaması üçün vaxt yetişdiyini və bu xüsusda, ABŞ-ın Trans-Xəzər regionu ilə əməkdaşlığının gücləndirilməsi üçün növbəti addımları barədə tövsiyələrini bölüşüb. O, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri müstəqillik əldə etdikdən 25 il sonra öz infrastrukturlarını, iqtisadiyyatlarını və xalqlararası əlaqələrini daha da gücləndirmək üçün öz aralarındakı əməkdaşlığı inkişaf etdirməyə və bununla da müstəqilliklərini daha da gücləndirməyə çalışdıqlarını və bu kontekstdə, qlobal arenada Rusiya və Çin kimi böyük oyunçulara marağın çoxaldığı bir vaxtda ABŞ-ın regionla daha sıx əməkdaşlıq etməli olduğunun əhəmiyyətini vurğulayıb. R.Hoqland ABŞ-ın region ölkələri ilə əməkdaşlığının və ticarətin gücləndirilməsi üçün Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi, Lapis-Lazuli nəqliyyat marşrutu və “C5 + 1” kimi mühüm birgə layihələrin həyata keçirildiyini və onların Trans-Xəzər dəhlizinin inkişafında önəmli rol oynadıqlarını diqqətə çatdırıb.

Öz növbəsində səfir Elin Süleymanov Azərbaycan tərəfinin təşəbbüsü və aparıcı rolu ilə 2016-cı ildən bəri Vaşiqntonda keçirilən Trans-Xəzər Forumunun ABŞ və region ölkələri arasında yeni əməkdaşlıq imkanlarının təşviqi baxımından vacib platformaya çevrildiyini qeyd edib. O, əlavə olaraq Çindən Avropaya daşınan yüklərin ölkəmizin yerləşdiyi regiondan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması istiqamətində görülən işlər barədə məlumat vermiş və bu xüsusda, Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud strateji əməkdaşlığı vurğulayıb. Regionun digər ölkələri üçün örnək olduğunu deyən diplomat bunun könüllü surətdə və heç kimin təsiri olmadan baş verdiyini, hər üç ölkənin və xalqın maraqlarına və rifahına xidmət etdiyini bildirib.

Müzakirələr zamanı həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov ölkəmizin enerji siyasəti və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən, o cümlədən Cənub Qaz Dəhlizindən danışmış və onun regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmini vurğulayıb. O, eləcə də gələn ay Avropanın enerji diversifikasiyası və təhlükəsizliyində xüsusi rol oynayacaq Cənub Qaz Dəhlizinin Trans-Anadolu qaz boru kəməri hissəsinin açılış mərasiminin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, Trans-Xəzər Forumun əsas məqsədi region dövlətləri tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır. Forum ABŞ Ticarət Palatası və Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və Azərbaycan, Türkiyə, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın ABŞ-dakı səfirliklərinin dəstəyi ilə həyata keçirilir. Forumun tərəfdaşları qismində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Boeing”, “Chevron”, “Schneider Group”, “Caspian Foundation”, ABŞ-Azərbaycan Ticarət Palatası, Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutu, ABŞ-Gürcüstan Biznes Şurası, Amerikanın Azərbaycanda Ticarət Palatası, Amerikanın Gürcüstanda Ticarət Palatası, Amerikanın Qazaxıstanda Ticarət Palatası, ABŞ-Qazaxıstan Biznes Assosiasiyası, ABŞ-Türkiyə Şurası çıxış edir. “Boeing”, “Chevron”, “Schneider Group” və “Caspian Foundation” şirkətləri builki forumun sponsorlarıdır.

Forumda Azərbaycanı Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Neft Şirkəti, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərkosmos”, “Azərbaycan Hava Yolları”, “Silk Way” və “Azərsun Holding” nümayəndələri təmsil edib. Eyni zamanda, foruma Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən Vaşinqtona səfəri həyata keçirilmiş missiyanın üzvləri də qatılmışdır. Bununla əlaqədar xüsusi vurğulamaq lazımdır ki, Trans-Xəzər Forumu ilə üst-üstdə düşən AmCham işgüzar heyətin Vaşinqtona ilk missiyasının baş tutduğu bu dövr faktiki olaraq, Vaşinqtonda Azərbaycan həftəsi kimi əhəmiyyət daşımış və ölkəmizin ABŞ ilə ikitərəfli münasibətlərinin inkişafı üçün olduqca mühüm hadisə olub.

Trans-Xəzər Forumu çərçivəsində baxılan mövzular sosial mediada da böyük marağa səbəb olub və geniş şəkildə işıqlandırılıb.

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib
Praqa azərbaycanlı şəhid uşaqların “sahibsiz ayaqqabıları”na şahidlik etdi (FOTO)
Praqa azərbaycanlı şəhid uşaqların “sahibsiz ayaqqabıları”na şahidlik etdi (FOTO)
Suriya tayfaları Ermənistanın YPG kürdləri ilə ittifaqını pisləyib
Suriya tayfaları Ermənistanın YPG kürdləri ilə ittifaqını pisləyib
Loading Bars
Xəbər lenti
UEFA koronavirus pandemiyası fonunda mükafat fondunu beş illik azaldır
ABŞ İran üzrə "qara siyahı"nı genişləndirib
Alyaska sahillərində 7,4 bal gücündə zəlzələ olub
Təmas xəttində top mərmiləri, dron və partlamış mərmi qalıqları aşkarlanıb (FOTO)
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib
Moskvada koronavirusdan daha 49 nəfər ölüb
Tramp Sudanı terrorizmin sponsorları siyahısından çıxaracağını açıqlayıb
İngiltərə Premyer Liqasında koronavirusa daha 8 yoluxma halı qeydə alınıb
"OPEC plus" ölkələri sazişi tam şəkildə icra etmək barədə razılığa gəliblər
Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlər (VİDEO)
Praqa azərbaycanlı şəhid uşaqların “sahibsiz ayaqqabıları”na şahidlik etdi (FOTO)
“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir (VİDEO)
Prezidentə yazırlar: Bu günlərdə xalqımıza yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə minnətdarıq
Türkiyədə koronavirusdan sağalanların sayı 304 min nəfəri ötüb
Prezident İlham Əliyev: Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar
Azərbaycan Prezidenti hərbi müşahidəçilərin yerləşdirilməsi məsələsinə münasibət bildirib
Azərbaycan Prezidenti: Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür
Ədliyyə naziri Almaniyanın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb
Azərbaycan Prezidenti: Ermənistana silah ötürülməsində erməni mənşəli rusiyalı iri sahibkarların və məşhur silah alverçilərinin əli var
Alman deputatların Qarabağa qanunsuz səfəri Bundestaqın özü tərəfindən ciddi qınaqla qarşılanmalıdır- Deputat
Azərbaycan Prezidenti: Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər
Prezident İlham Əliyev: Kompromis paketin bir hissəsi olan Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik
Prezident İlham Əliyev: Ermənistan qoşunlarını işğal altındakı ərazilərdən çıxarmağa hazır olsa, müşahidəçilər məsələsinə baxıla bilər
Prezident İlham Əliyev: Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik
Prezident İlham Əliyev: Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur
Prezident İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
Bəzi ölkələr Ermənistana təzyiq etmək əvəzinə, Azərbaycanı mənasız atəşkəsə sövq edir - Səyavuş Heydərov
Azərbaycan Prezidenti: Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir
Prezident İlham Əliyev: Ermənistan vasitəçilərə və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi
Azərbaycan Prezidenti: Biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq
Prezident İlham Əliyev: Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi - Deputat
Hazırda paytaxt yollarında ciddi sıxlıq müşahidə olunur
Suriya tayfaları Ermənistanın YPG kürdləri ilə ittifaqını pisləyib
Ceyhun Bayramovla Beynəlxalq Türk Akademiyasının prezidenti arasında telefon danışığı olub
MŞ AzTV-nin çəkiliş qrupunun erməni atəşinə məruz qalması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib
Baş Nazir Əli Əsədov Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)
Paşinyan məğlubiyyətini etiraf edib və danışıqlara hazırdır
Şahdağ Milli Parkının ərazisində yanğın başlayıb
Ermənistanın Gəncədə törətdiyi təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir
Norveçdə koronavirusun yeni mutasiyası aşkar edilib
XİN: Bundestaq üzvlərinin Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək
A-Qroup-un sığorta mükafatı yenə də artdı
Ermənistan Dağlıq Qarabağda itkilərinin yeni siyahısını açıqlayıb
Bütün dünya bilir ki, haqlı və ədalətli mövqe Azərbaycan tərəfindədir - Bahar Muradova
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında aparılan təbliğat və təşviqat işləri davam edir (FOTO)
Oktyabrın 20-də manatın dollara qarşı məzənnəsi
Ermənistanı masa arxasında işğalçı dövlət kimi otuzdurmaq lazımdır - Sevil Mikayılova CNN Türk telekanalına müsahibə verib (VİDEO)
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Ombudsman Səbinə Əliyavanın Vladimir Şkolnikovla video konfrans formatında görüşü olub (FOTO)
Ermənistanın mülki əhaliyə qarşı hücumları ilə bağlı aidiyyəti qurumlara müraciətlər ediləcək - Hikmət Hacıyev
Özbəkistan parlamentinin Sədri Ermənistanın Gəncəni artilleriya atəşinə tutması ilə bağlı narahatlığını bildirib
Yanvar-sentyabr aylarında 163 min şəxsə e-qaydada fərdi hesab açılıb
Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tezliklə razılaşdırılmasına ümid edir - Lavrov
Növbəti aylarda koronavirusla bağlı vəziyyət insanların tövsiyələrə necə əməl etməsindən asılıdır - Hande Harmancı
Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb - Prezidentin köməkçisi
Səfir: Beynəlxalq hüquq müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır (FOTO)
Prokurorluq AzTv-nin əməkdaşının yaralanması ilə bağlı məlumat yaydı: Daha 3 nəfər də yaralanıb
Azərbaycan beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir - Hikmət Hacıyev
Vüqar Rəhimzadə: Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Baş prokuror Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Ağdamda ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutdu, jurnalist yaralandı (VİDEO)
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir - Hikmət Hacıyev
XƏBƏRDARLIQ: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir
Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirdi (FOTO)
99 müəssisədə COVID-19-la bağlı qayda pozuntuları aşkarlandı
“ASAN xidmət” təmsilşisi BMT-nin iclasında erməni təxribatlarından danışdı (FOTO)
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır
Gəncə İH erməni terroru nəticəsində şəhərə dəymiş ziyanı açıqladı
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq - Hikmət Hacıyev
Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur - General-mayor Hüseyn Mahmudov
Yol polisi Bakıda sərnişindaşıma sirkətlərinə müraciət edib
Yeni dastan yazan ordumuza “Gazelli Group”dan özünəməxsus dəstək
Özünüməşğulluq proqramının iştirakçıları biznesin inkişafı üçün KOBİA-nın dəstək və xidmətlərindən istifadə edə bilər
Türk Ticarət və Sənaye Palatasının sədrindən Prezident İlham Əliyevə məktub ünvanlanıb
Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib - Elçin Əmirbəyov
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır
Azərbaycan mülki əhalini hədəfə almır, yalnız hərbi hədəflərə istiqamətlənir - Prezidentin köməkçisi
İTAZERCOM-un rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir - Hikmət Hacıyev
Azərbaycanda 331 nəfər COVID-19-a yoluxdu, 107 nəfər sağaldı, 4 nəfər vəfat etdi
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 61 oldu
ADA Universitetində ermənilərin Gəncə terroru ilə bağlı diplomatlarla görüş keçirilib (FOTO)
Gəncədə dağılmış ev və obyektlərin sayı açıqlandı - RƏSMİ
YAP 50-dən çox siyasi partiya və beynəlxalq təşkilata müraciət ünvanladı
İranda koronavirus həyəcanı: Sutka ərzində ölənlərin sayı 337 nəfərə yüksəldi
Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib (FOTO)
Kaliforniyada işğalçı Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib
İyirmidən çox asteroid Yerə yaxınlaşır
Azərbaycan və Türkiyə parlament sədrləri arasında görüş olub (FOTO)
İranlı deputat: Ermənistanın Gəncəyə raket hücumu qorxaqlıq əlamətidir
Xalq və rəşadətli ordumuz öz qələbə salnaməsini yazır - Deputat
Braziliyanın telekanalında Azərbaycan multikulturalizmindən danışılıb
Prezident İlham Əliyev: Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir
Ermənistan ordusu döyüş bölgəsində manekenlərdən istifadə edir
Bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir - Mustafa Şentop
Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
Prezident İlham Əliyev: Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil
Bütün xəbərlər