...

Azərbaycanda “Elektron Büdcə” sisteminin yaradılması təklif edildi

İqtisadiyyat Materials 31 May 2018 14:38 (UTC +04:00)
Azərbaycanda “Elektron Büdcə” sistemi yaradıla bilər.
Azərbaycanda “Elektron Büdcə” sisteminin yaradılması təklif edildi

Bakı. Samir Əli - Trend:

Azərbaycanda “Elektron Büdcə” sistemi yaradıla bilər. Trend-in məlumatına görə, 2017-ci ilin dövlət büdcəsinin icrasının müzakirələri zamanı deputat Tahir Mirkişili bu təkliflə çıxış edib.

Millət vəkili bildirib ki, dövlət büdcəsinin gəlir və xərc hissəsində şəffaflığın artırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda “Elektron Büdcə” sistemini yaradılması məqsədəuyğun olar: "Gəlir və xərclərin bütün marşrutuna nəzarət edə biləcək bir innovativ sisemin yaradılması gələcəkdə büdcə vəsaitlərinin daha effektiv xərclənməsinə və nəzarət inzibatçılığının daha effektiv həyata keçirilməsinə imkan yaradacaq. “Elektron Büdcə” – dövlət orqanlarının, büdcədənkənar fondların idarəedilməsini həyata keçirən orqanların, yerli idarəetmə orqanlarının və bələdiyyələrin fəaliyyətində şəffaflığı və hesabatlılığı təmin edən sistemdir. Bu həmçinin vahid informasiya məkanının yaradılması, dövlət və bələdiyyə idaerəetməsində İKT-dən geniş istifadə hesabına maliyyə idarəetməsinin keyfiyyətinin artırılmasına nail ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti