Bakı. Maksim Tsurkov - Trend:
Qazaxıstanın Mangistau vilayətində yerləşən və neft-qaz sahəsi üçün nasos istehsalı ilə məşğul olan sex öz məhsulunu Azərbaycana tədarük edəcək.
Trend-in məlumatına görə, sex artıq Xəzəryanı ölkələrdən sifarişlərin qəbuluna başlayıb:
“Azərbaycanla artıq müqavilə bağlanıb və yerli şirkətlə böyük bir layihə var. Məhsul yeni yataq üçün istehsal olunacaq”.
İnvestor Məhəmməd Raziyev bildirib ki, əvvəlcə ildə min nasos istehsal etmək planlaşdırılır:
“Azərbaycan üçün avandanlıq tam hazırdır. Bundan başqa, yeni layihə üçün sifarişlər almışıq. Onlar üçün avadanlıqlar hazırlanır”.