...

Moody's Xalq Bankın reytinq üzrə proqnozunu “Pozitiv” səviyyəsinədək yüksəldib

İqtisadiyyat Materials 9 İyul 2018 15:18 (UTC +04:00)
Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləyərək reytinq üzrə proqnozu “Neqativ”dən “Pozitiv”ə yüksəldib.
Moody's Xalq Bankın reytinq üzrə proqnozunu “Pozitiv” səviyyəsinədək yüksəldib

Bakı. Trend:

Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləyərək reytinq üzrə proqnozu “Neqativ”dən “Pozitiv”ə yüksəldib.

Agentliyin təhlilçiləri Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) caa1, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B2(cr)/Not Prime səviyyəsində təsdiq ediblər.

Moody’s ekspertləri reytinq üzrə proqnozun “Neqativ”-dən “Pozitiv“ səviyyəsinə yüksəlməsini Xalq Bankın aktivlərinin keyfiyyətinin yüksəlməsi, rentabelliliyinin artması, kapitalının dayanıqlılığı və sabit likvidlik kimi amillərlə əsaslandırırlar.

Agentliyin gəldiyi qənaətə görə Xalq Bankın kapitalı bütün yüksək kredit zərərlərini qarşılamağa imkan verir. Hesabatda Bankın kredit portfelində problemli kreditlərinin payının 12,7%-dək, kredit üzrə zərərlərin 1,9%-dək enməsi müsbət hal kimi dəyərləndirilir, nizamnamə və məcmu kapitallarının adekvatlılıq əmsalının yüksək olması xüsusilə vurğulanır.

ASC Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti