Kapital bazarı inkişafda bank bazarını üstələyir - Təhlil

Kapital bazarı inkişafda bank bazarını üstələyir - Təhlil

Bakı. Trend:

Azərbaycanın maliyyə xidmətləri sektorunda ən böyük artım kapital bazarında müşahidə olunur.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) açıqladığı bu ilin altı ayı üzrə hesabatın analizi göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə artım 2,4 dəfənin üstündədir. Əslində Palatadan başlamış bu sahədə fəaliyyət göstərən bütün qurumlaradək infrastruktur tam formalaşıb və istənilən həcmdə əməliyyatların aparılması üçün sistem tam hazırdır. Yeganə zəif nöqtə isə korporativ bazar və kütləvi səhm buraxılışları üzrə gözləntilərin vaxtının qeyri-müəyyənliklə uzanmasıdır. Bu isə daha çox özəl sektordakı şirkətlərin bazara çıxmağa hazır olmamasına bağlıdır.

Milyonluq dövriyyə milyarda keçdi

Beləliklə, bazarın 2016, 2017 və 2018-ci ilin ilk yarımillərinin müqayisəsi göstərir ki, bank sektorunun böhranından sonra alternativ maliyyə mənbəyi kimi və alətlərin çeşidi baxımından kapital bazarı mühüm əhəmiyyət daşıyır. Buna görə də Palata bazarın iştirakçı və tənzimləyici qurumlarını səfərbər edərək, sistemi işlək formaya salmaq üçün tapşırıqlar verdi. Təbii ki, devalvasiyadan sonra inflyasiyanı cilovlamaq məqsədilə ilə dövlət qiymətli kağızları və Mərkəzi Bankın repo əməliyyatları fond bazarını aktivləşdirdi və bu kağızlar əsas ticarət alətlərinə çevrildilər. 2016-cı ildə həcmi cəmi 259 milyon manat təşkil edən dövlət qiymətli kağızları ötən 2 ildə artaraq 2018-ci ilin iyul ayına 6 milyard manatı ötdü. 2016-cı ilin eyni dövründə ümumiyyətlə qeydə alınmayan repo əməliyyatları isə 2018-ci ilin altı ayındakı 466 milyon manatlıq bir dövriyyə yaratdı.

İstiqrazlara maraq azalıb

Kapital bazarları alətləri arasında ən böyük zərbəni korporativ qiymətli kağızlar bazarı aldı, 2016-cı ildə həcmi 4 milyard 669 milyon manatdan yuxarı olan korporativ istiqraz bazarı 2017-ci ilin ilk yarımilliyində 82% azaldı və 856 milyon manata düşdü. Təbii ki, istiqrazların əksəriyyətinin manatla ifadə olunduğunu nəzərə alsaq və həmin dövrdə manatın dəyərsizləşməsi bu seqmentə marağı kəskin azaltdı. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 434 milyon manata düşdü. Korporativ qiymətli kağızlar bazarında yalnız ən böyük canlanma ilkin səhm buraxılışlarında qeydə alındı və 2017-ci ilin ikinci rübünün sonunda artıq 2,9 dəfəlik bir artım ortaya çıxdı. Maliyyələşmə mənbəyi kimi daha çox səhm buraxmağa meyilli olan qurumlar arasında isə banklar xüsusi aktivliyi ilə seçildilər.

İllər

Korporativ qiymətli kağızlar bazarının həcmi, AZN

Dövlət qiymətli kağızları

Törəmə maliyyə alətləri

Repo/əks repo əməliyyatları

2016, II rüb

5 240 534 751

259 173 678

1 552 826 372

0

2017, II rüb

1 904 387 576

1 106 388 702

2 207 563 336

11 577 452

2018, II rüb

1 128 900 000

6 006 700 000

4 849 800 000

466 200 000

İNFOQRAM

Bazarın lideri dövlət qiymətli kağızlarıdır

Rəqəmlərin müqayisəsi göstərir ki, son üç ildə dövlət qiymətli kağızlarının payı daha çox yüksəlir. Düzdür, dövlət qiymətli kağızlarının payı bəzən 85%-dən 75%-ə düşdü, amma nəticə etibarilə Maliyyə Nazirliyinin qısamüddətli istiqrazları və Mərkəzi Bankın notu bazardakı ümumi əməliyyatlar dövriyyəsində üstün payı tutur. Hazırda ümumi bazarın 94% dövlət qiymətli kağızlarının payına düşür. Başqa sözlə, dövlət qiymətli kağızlarının dəstəyilə kapital bazarının həcmi böyüyür. Özəl korporativ kağızlar arasında isə İpoteka Fondunun və SOCAR-ın istiqrazlarının böyük payı var, çünki həm ilkin, həm də təkrar bazarda əməliyyatları aparılır.

Törəmə maliyyə alətləri olan opsionlar, fyuçers müqavilələri, varrantlar və s üzrə dövriyyənin artımı da 2,5 dəfədən çoxdur. Xatırladaq ki, bu alətlərin əsas funksiyası sənəd sahibini birja oyununda zərərdən sığortalamaq, eləcə də inflyasiya və iqtisadi qeyri-stabillik şəraitində onun müdafiəsini təmin etməkdir.

Bir addım öndə

Bu sahənin ekspertləri isə daha çox korporativ yönlü şirkətlərin istiqraz və səhm buraxılışları üzrə kütləvi təkliflərlə bazara gəlməsini gözləyir, çünki nəticə bazarı daha da stimullaşdırar. Qiymətli kağızlar bazarı üzrə mütəxəssis Cəfər İbrahimli hesab edir ki, hazırda kapital, fond bazarı pul bazarından bir addım öndədir: “Kapital bazarının pul bazarı ilə paralel inkişafı isə maliyyə sektorunun daha dayanıqlı olmasına dəstək verəcək. Hesab edirəm ki, şirkətlər daha çox səhm və istiqraz bazarına yönəlsələr və maliyyələşməni buradan əldə etsələr bu həm bazarın böyüməsinə, həm də maliyyə mənbələrinin şaxələnməsinə kömək göstərə bilər”.

Qeyd edək ki, şirkətlərin öz səhmlərini kütləvi şəkildə bazara çıxartması (İPO) və maliyyələşmə mənbələrinin differensasiyası son illərin daimi müzakirə mövzusudur. Bu məsələ xüsusi aktuallıq kəsb etdiyindən “Strateji yol xəritələri”ndə də öz əksini tapır. Bazar 2018-ci ilin sonuna qədər belə bir nümunənin olacağını gözləyir. Söhbət böyük həcmdə səhm İPO-nun olmasından getmir, kiçik həcmlərdə belə əməliyyatların başlaması bazarın inkişafına təkan verə bilər. Korporativ şirkətlərin səhm və istiqraz bazarına istiqamətlənməsini ən çox istəyən də məhz bu sahədə çalışan dövlət təşkilatlarıdır. Lakin korporativ şirkətlərin maliyyə şəffaflığı və bazar konyukturası təkmil olmaması əməliyyatlara başlamaq arzusunu tormozlayır. C.İbrahimli də problemin səbəbini bunda görür: “Bazarının özünəməxsus tələbləri var, lakin şirkətlər bu tələbləri hiss edirik ödəməkdə çətinlik çəkirlər, nəticədə çıxış yolunu yenə pul bazarına çıxmaqda və maliyyələşməni kreditləşmə yolu ilə həyata keçirməkdə görürlər. SOCAR, Metak şirkətlərinin kağızları bazarda canlanma yaratdı. Metak-ın kağızları kütləvi şəkildə satışa çıxarılmasa da fiziki və hüquqi şəxslərin investisiya yatırmasına yönəldi. Bu o deməkdir ki, ən azı həmin standartlara uyğunlaşmış bir şirkətin kağızları bazara çıxdı. Düşünürəm ki, müəyyən zamana ehtiyac var, şirkətlərin şəffaflığı artdıqca, korporativ idarəetmə standartları yüksəldikcə bu bazara baxacaqlar”.

İnvestor 5 dəqiqədə alqı-satqı edə bilər

Azərbaycanda kapital bazarının infrastrukturu isə tam formaşıb. Xarici bazarlarda da əməliyyatlar aparan mütəxəssis kimi C.İbrahimlinin də qənaəti belədir: “Əminliklə deyə bilərəm ki, Bakı Fond Birjası, Milli Depozitar Mərkəz, investisiya şirkətlərinin xidmətləri tam şəkildə tələblərə cavab verir. İstənilən investor 5 dəqiqədə istədiyi qiymətli kağızı alqı-satqı edə bilər. Buna bazar hazırdır”.

Əslində SOCAR istiqrazları üzrə əməliyyatlar buna nümunədir, bazar infrastrukturu özünü doğrultdu və 100 milyon kağız kütləvi satışa çıxarıldı. Üstəlik, SOCAR istiqrazları üzrə təkrar bazarda 160 milyon dollarlıq əməliyyat aparılıb. Düzdür, səhm bazarının həcmi az olsa da əqdlərin sayı çoxdur və mütəmadi olaraq təkrar bazarda 1500-1600 səhmdar cəmiyyətin səhmlərin alqı-satqısı həyata keçirilir.

C.İbrahimli: “Heç bir müştəri deyə bilməz ki, onun əməliyyatlarında ləngimə var. Bu o deməkdir ki, başda Palata olmaqla infrastruktur mövcuddur”.

Strateji “5 İPO”

Qeyd edək ki, “Strateji yol xəritəsi”ndə yaxın illərdə Azərbaycanda 5 şirkətin İPO və listinqə çıxarılması nəzərdə tutulub. Bu yöndə işlər gedir, lakin bir məqam da var ki, ilk İPO mütləq uğurlu olmalıdır. Çünki sonrakı inkişaf məhz ilk kütləvi səhm təklifinin müsbət nəticələrindən çox asılıdır. Ilk təkliflər sırasında Azərsun Holdinqin zavodlarından birinin olması ilə bağlı təkliflər isə yüzdəyüz müsbət qarşılanmadı. Bazar tələblərinin yüksək olması səbəbindən şəffaflıq standartlarına tam cavab verən şirkət nümunəsinin tapılması isə 2019-cu ilə qədər uzana bilər. Çünki 2019-cu ilə gözlənən yeni “Vergi Məcəlləsi”nin şəffaflıq üçün zəmin yaradacağı gözlənilir.

Beləliklə, Azərbaycan şirkətləri üçün kapital bazarı yeni maliyyələşmə imkanı yaradacaq. Çünki kapital bazarından borclanan şirkətlər pul bazarından borclanmadan daha aşağı faizlər əldə edirlər. Səbəbi isə budur ki, şirkət özü bazara çıxdıqda birbaşa investorla görüşür və pulu da vasitəçi olmadan investordan əldə edir. Bank bazarı isə xidmət haqqı və marja nəticəsində daha yüksək kredit şərtləri qoyur. “Metak” nümunəsi göstərdi ki, banklar 20%-dən aşağı kredit verməyəndə bu şirkət kapital bazarından 12% ilə borclana bildi. Beləliklə, qarşıdakı şəffaflaşma illəri ölkə şirkətlərinə yeni imkanlar qazandıracaq və nəticələr ümumi iqtisadiyyat üçün müsbət olacaq.

İqtisadi ekspert İlhamə Abdullayeva

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Nağdsız ödənişlər pandemiya dövründə 40 faiz artıb - "Azericard"
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib (FOTO)
Azərbaycan və İran Astaraçay üzərində körpü və piyada keçidinin tikintisi ilə bağlı müzakirə aparıblar
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib
Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Almaniyanın yeni kansleri seçilib
PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşulub
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib
Zaur Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikasını açıqlayıb
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib
Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Azad edilmiş ərazilərdə "Şuşa", "Yaşma", "Zəfər" buğda sortlarının əkini aparılıb - Trend TV-nin Tərtərdən reportajı
Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır - Nazir
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
Sabahın hava proqnozu açıqlanıb
Fuad Muradov "YAŞAT" marafonundan danışıb
Bu rayonlara qar yağacaq - Xəbərdarlıq
Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq - Sahil Babayev
2026-cı ilədək ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması nəzərdə tutulub - Elnur Əliyev
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq
Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb - Ölənlər var
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO
"YAŞAT" Fondu əlilliyin təyinatı gözlənilmədən qazilərə yardım göstərir - Ülvi Mehdiyev (FOTO)
Növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulub - Mərkəzi Bank (FOTO)
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
40 şəhid ailəsi üzvü, 15 qazi "ASAN xidmət"də işlə təmin olunub
"YAŞAT" Fondu bir il ərzində fəaliyyət istiqamətləri üzrə 50 milyon manata yaxın vəsait xərcləyib
Gələn il Azərbaycan Ermənistana qarşı ətraf mühitə vurulmuş ziyan və enerji resurslarından qanunsuz istifadə ilə bağlı şikayət verəcək - XİN
Bütün xəbərlər