...

AZAL bir sıra reyslərin cədvəlində dəyişiklik edib (YENİLƏNİB)

İqtisadiyyat Materials 3 Avqust 2018 15:26 (UTC +04:00)
AZAL bir sıra aviareyslərin cədvəlində dəyişikliklə bağlı məlumat yayıb.
AZAL bir sıra reyslərin cədvəlində dəyişiklik edib (YENİLƏNİB)

Bakı. Trend:

AZAL bir sıra aviareyslərin cədvəlində dəyişikliklə bağlı məlumat yayıb.

AZAL-dan Trend-ə verilən məlumata görə, aviaşirkət bəzi düzəlişləri istisna etməyə müvəffəq olub və beləliklə, Bodrum reys cədvəli dəyişməz qalıb.

Bakı-Bodrum reysi avqustun 4-də yerli vaxtla saat 10:00-da, Bodrum-Bakı reysi isə yerli vaxtla saat 13:15-də yerinə yetiriləcək.

AZAL-ın Bakıdan Moskva, Bağdad və Bodrum reysləri ilə səyahət edən sərnişinlərinin nəzərinə.

3 avqust 2018-ci il tarixində yerinə yetiriləcək aşağıda göstərilən reyslərin cədvəlində bu dəyişikliklər edilib:

J2 852 Bakı-Moskva 10:40-dan 17:00-a
J2 5011 Bakı-Bağdad 19:00-dan 01:00-a (növbəti gün)

J2 851 Moskva-Bakı 14:50-dan 20:10-a
J2 5012 Bağdad-Bakı 22:45-dan 03:45-ə (növbəti gün)

* yerli vaxt qeyd olunub.

X X X

AZAL-ın Bakıdan Moskva, Bağdad və Bodrum reyslərinin cədvəlində dəyişiklik edilib.

AZAL-dan Trend-ə verilən məlumata görə, bu gün yerinə yetiriləcək aşağıda göstərilən reyslərin cədvəlində aşağıdakı dəyişikliklər edilib:

J2 852 Bakı-Moskva 10:40-dan 17:00-a
J2 5011 Bakı-Bağdad 19:00-dan 01:00-a (növbəti gün)
J2 023 Bakı-Bodrum 10:00-dan 14:00-a

J2 851 Moskva-Bakı 14:50-dan 20:10-a
J2 5012 Bağdad-Bakı 22:45-dan 03:45-ə (növbəti gün)
J2 024 Bodrum-Bakı 14:15-dən 18:15-ə

* yerli vaxt qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti