...

İxracatçılar klubunun növbəti iclası keçirilib

İqtisadiyyat Materials 31 Avqust 2018 10:19 (UTC +04:00)
İxracatçılar klubunun növbəti iclası keçirilib.
İxracatçılar klubunun növbəti iclası keçirilib

Bakı. Trend:

Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında Qətərin Doha şəhərində təşkil ediləcək “Birinci Beynəlxalq Məhsullar Sərgisin”də iştiraka dair yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilmiş tədbirdə qida, sənaye, xidmət, İKT və digər sektorlarda fəaliyyət göstərən 30-dan çox şirkətin təmsilçisi iştirak edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirovun iştirakı ilə təşkil olunmuş iclasda “Made in Azerbaijan” brendinin təşviqi, ixracın coğrafiyasının və həcminin genişləndirilməsi istiqamətində müxtəlif xarici ölkələrdə keçirilən sərgilərdə iştirakın əhəmiyyəti vurğulanıb.

İclasda Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib, “Birinci Beynəlxalq Məhsullar Sərgisi”ndə iştirak qaydalarına dair suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti